Siyasət

Solovyov: Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat” zərurəti ola bilər 

13 Avqust, 2025
331

Foto: açıq mənbə

“Rusiya-1” telekanalının aparıcısı və Kremlin təbliğatçısı Vladimir Solovyov Azərbaycana qarşı müharibə aparılması ehtimalından danışıb. 

Verilişində çıxış edən Solovyov Xəzər dənizində NATO bazasının yaradılmasının qarşısını almaq üçün yeni bir “xüsusi hərbi əməliyyat”ın zəruri ola biləcəyini iddia edib. Rusiya bu ifadəni artıq dörd ilə yaxın davam edən Ukrayna işğalını təsvir etmək üçün istifadə edir.

“Anlamaq lazımdır ki, Cənubi Qafqazda baş verənlər çox böyük problemdir. Yaxın zamanda Xəzər dənizi elə bir vəziyyətə düşə bilər ki, orada NATO bazaları yaransın. Bu isə o qədər təhlükəlidir ki, geosiyasi baxımdan elə nəticələrə gətirib çıxara bilər ki, [Ukrayna müharibəsi] bizim nəslimizin sonuncu xüsusi hərbi əməliyyatı olmaya bilər”, – Solovyov deyib.

Bu üstüörtülü təhdid Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və ABŞ prezidenti Donald Trampın Vaşinqtonda görüşməsindən bir neçə gün sonra səsləndirilib. Həmin görüşdə liderlər Azərbaycan ərazisindən Ermənistan vasitəsilə Naxçıvan anklavına ABŞ tərəfindən idarə olunacaq marşrutun açılması barədə razılığa gəliblər. 

Bu razılaşma uzun müddət regionda əsas oyunçu olmuş Rusiyanı faktiki olaraq kənarda qoymağa hesablanıb və Kremlin üstüörtülü narazılığına səbəb olub. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqton görüşü ilə bağlı şərhində xatırladıb ki, Ermənistanın İranla sərhədi hələ də Rusiya sərhədçiləri tərəfindən qorunur. 

“Vaşinqtonun regional kommunikasiya xətlərinin bərpasına dair açıqlamalarını diqqətlə qiymətləndirəcəyik. Rusiya ilə əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır, çünki tərəflərdən heç biri onlardan rəsmi olaraq geri çəkilməyib. Ermənistanın Avrasiya İqtisadi İttifaqının vahid gömrük məkanında iştirakını, xüsusilə də respublika ərazisindən keçən tranzit əməliyyatlarının tənzimlənməsi baxımından, nəzərə almaq vacibdir”, - o qeyd edib. 

Rusiyalı deputat Andrey Qurulyov isə Azərbaycan mallarının idxalına qadağa qoymağı və Rusiyadakı azərbaycanlılara qarşı təzyiq tədbirləri həyata keçirməyi təklif edib. O, həmçinin, bildirib ki, “xüsusi hərbi əməliyyat geniş anlayışdır” və bu, Rusiyanın sərhədində yerləşən bütün ölkələri əhatə edə bilər. 

3 milyondan çox “Telegram” izləyicisi olan, Kremlə yaxınlığı ilə  tanınan hərbi bloger Yuri Podolyaka isə Rusiya ilə Azərbaycan arasında müharibənin “nəzəriyyədən real ehtimala doğru irəlilədiyini” deyib. 

O, son günlər yayılan, Bakının Ukraynanın enerji anbarlarında saxlanılan Azərbaycan yanacaq ehtiyatlarına Rusiya hücumlarını dayandırmadığı təqdirdə Kiyevə silah tədarükünə başlaya biləcəyi barədə şayiələrə istinad edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo