Siyasət

ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycan hakimiyyətini repressiyalara son qoymağa çağırdı

4 Dekabr, 2024
12

CNN

“Hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı yayılan xəbərlərdən dərin narahatıq”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel "Turan"ın suallarını cavablandırarkən deyib.

Patel Azərbaycan hakimiyyətini “haqsız yerə həbs olunanların hamısını azad etməyə və vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa” çağırıb.

“Dünyadakı insan haqları müdafiəçilərinin öz işlərini maneəsiz və qisas qorxusundan azad şəkildə həyata keçirə bilməsi çox vacibdir” deyə, Patel vurğulayıb.

Səfərov Azərbaycanda siyasi motivli həbslər, işgəncələr və hökumətdəki korrupsiya barədə sənədlər və hesabatlar hazırlayan "Müdafiə Xətti" təşkilatının rəhbəridir. O, insan haqları sahəsində fəaliyyətinə görə Dövlət Departamentinin mükafatına layiq görülüb və bir neçə gündən sonra bu mükafatı almalı idi. Dünən Bakıda polis tərəfindən saxlanılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Həbsdə olan AXCP üzvü aclığa başlayıb

4 Dekabr 2024

amerikanınsəsi

Üç il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov dekabrın 3-dən aclığa başlayıb.  Partiyadan verilən məlumata görə, o, aclığa cəzaçəkmə müəssisəsinə köçürülməməsinə və yaxınları ilə görüş hüququnun məhdudlaşdırılmasına etiraz olaraq başlayıb. Məhkəmə avqustun 2-də onun barəsində hökm çıxardıqdan sonra AXCP üzvü Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksin təcridxanasına köçürülüb. O, bu müddətdə cəzaçəkmə müəssisəsinə köçürülməli idi. Penitensiar Xidmətdən deyilənlərə münasibət almaq mümkün olmayıb. Elnur Həsənov 2023-cü ilin noyabrında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb. Özü ittihamı rədd edir, Yol Polisi İdarəsi rəhbərliyini tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.  
Siyasət

Böyük Britaniya səfiri Rüfət Səfərovun saxlanılmasına görə narahat olduğunu yazır

4 Dekabr 2024

açıq mənbədən götürülüb

“İnsan hüquqları fəalı Rüfət Səfərovun saxlanılması ilə bağlı xəbərləri dərin narahatlıqla izləyirəm”. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old dekabrın 4-də X platformasındakı hesabında belə yazıb. O, fikrini belə davam etdirib: “İfadə azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından, onun inkişafı və hər bir fərdin özünü reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir".     “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə şübhəli şəxs qismində saxlanılıb.  Özü bu ittihamların saxta olduğunu, dekabrın 3-də yaşadığı binanın yaxınlığıında tanımadığı bir şəxsin ona hücum etdiyini, ardınca da polislərin...

Seçilmiş Videolar

Toplum TV loqo