açıq mənbədən götürülüb
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi dekabrın 3-də istefa verdiyini açıqlayıb. Bu haqda səfirliyin Facebook səhifəsində dərc olunan bəyanatda deyilir.
Səfir istefasını səhhətindəki problemlərlə əlaqələndirir: “2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam edib.
Bakıya gəldiyim vaxtdan etibarən xüsusilə minnətdar olduğum Mərkəzi Klinikadakı diaqnostik radiologiya komandasının qayğısı da daxil olmaqla, əla tibbi xidmətdən faydalanmışam. Lakin son test nəticələri göstərir ki, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmaq vaxtıdır. Buna görə də, mən bu son dərəcə məşğul, lakin son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam”.
Mark Libbi Bakıdakı səlahiyyət müddəti ərzində ABŞ Səfirliyinin ingilis dili proqramlarına sponsorluq etməklə, ABŞ-də təhsil alan azərbaycanlıların sayını xeyli artırmaqla xalqlar arasında güclü əlaqələr qurduğunu qeyd edir.
“Biz iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurmuşuq. COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər”, açıqlamada qeyd edilir.
Səfir Libbi “Azərbaycanda insan haqlarının qorunmasını təşviq etmək və Cənubi Qafqazda davamlı, layiqli sülhə kömək etmək üçün görüləcək işlər çoxdur” deyə vurğulayır. Amma o, ikitərəfli münasibətlərdə “çətinliklə qazanılmış irəliləyişlərin” daha yaxşı və daha uğurlu əməkdaşlığın təməlini qoyacağına inamını da ifadə edir.
O, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə ölkəni tərk etdiyini bildirir.
Mark Libbi səfir kimi Azərbaycanda ötən ilin noyabrından fəaliyyətə başlamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycan hakimiyyətini repressiyalara son qoymağa çağırdı
CNN
açıq mənbədən götürülüb
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub