Siyasət

Şvabe İlham Əliyevin "ailə və sülalə hakimiyyətini" tənqid etdi

4 Dekabr, 2024
19

açıq mənbədən götürülüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe azərbaycanlı hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun saxlanılmasına reaksiya verib. Bu barədə Frank Şvabe “X” platformasındakı hesabında yazıb. "Meydan TV" xəbər verir ki, Şvabe baş verənləri İlham Əliyevin “sülalə hakimiyyəti”nin siyasəti kimi dəyərləndirib. Şvabe prosesi kinayə ilə belə şərh edib: “Rüfət Səfərovun saxlanılması İlham Əliyevin ailə və sülalə hakimiyyətinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması üçün şərtləri yerinə yetirməyə hazır olduğunu göstərir. Bu hazırlığın necə olması isə yanvar ayında AŞPA-nın təqdim etdiyi cavabda əskini tapacaq”. Qeyd edək ki, “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Özü bu ittihamların saxta olduğunu, dekabrın 3-də yaşadığı binanın yaxınlığıında tanımadığı bir şəxsin ona hücum etdiyini, ardınca da polislərin onu tutub apardığını bildirib. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Həbsdə olan AXCP üzvü aclığa başlayıb

4 Dekabr 2024

amerikanınsəsi

Üç il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov dekabrın 3-dən aclığa başlayıb.  Partiyadan verilən məlumata görə, o, aclığa cəzaçəkmə müəssisəsinə köçürülməməsinə və yaxınları ilə görüş hüququnun məhdudlaşdırılmasına etiraz olaraq başlayıb. Məhkəmə avqustun 2-də onun barəsində hökm çıxardıqdan sonra AXCP üzvü Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksin təcridxanasına köçürülüb. O, bu müddətdə cəzaçəkmə müəssisəsinə köçürülməli idi. Penitensiar Xidmətdən deyilənlərə münasibət almaq mümkün olmayıb. Elnur Həsənov 2023-cü ilin noyabrında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb. Özü ittihamı rədd edir, Yol Polisi İdarəsi rəhbərliyini tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.  
Siyasət

Böyük Britaniya səfiri Rüfət Səfərovun saxlanılmasına görə narahat olduğunu yazır

4 Dekabr 2024

açıq mənbədən götürülüb

“İnsan hüquqları fəalı Rüfət Səfərovun saxlanılması ilə bağlı xəbərləri dərin narahatlıqla izləyirəm”. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old dekabrın 4-də X platformasındakı hesabında belə yazıb. O, fikrini belə davam etdirib: “İfadə azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından, onun inkişafı və hər bir fərdin özünü reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir".     “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə şübhəli şəxs qismində saxlanılıb.  Özü bu ittihamların saxta olduğunu, dekabrın 3-də yaşadığı binanın yaxınlığıında tanımadığı bir şəxsin ona hücum etdiyini, ardınca da polislərin...

Seçilmiş Videolar

Toplum TV loqo