Kontekst

Gürcüstanda etirazlar nəticə verəcəkmi?

3 Dekabr, 2024
31

Toplum TV

Gürcüstanda hökumətin avrointeqrasiyanı təxirə salmaq qərarına qarşı kütləvi etiraz aksiyalarının başlamasından 5 gün ötür. Rustaveli prospekti başda olmaqla, paytaxtın mərkəzi küçələrində hər gün eyni mənzərə təkrarlanır: axşam saatlarında insanlar toplaşıb dinc şəkildə etirazlarını ifadə edirlər, gecə saatlarında isə polis və xüsusi təyinatlılar onları parlament binası qarşısından zorakılıqla uzaqlaşdırır. Bu artıq gündəlik rutinə çevrilir. 

Bu durumun nə qədər davam edəcəyini hazırda, yəqin ki, nə etirazçılar, nə də hakimiyyət bilir. Hərənin öz hesabı var. Hökumət heç bir güzəştə getmədən ümid edir ki, etirazçılar nəticə əldə edə bilmədiklərini görüb, bir müddət sonra özləri tədricən dağılışmağa başlayacaqlar, ən azı sıraları seyrələcək. Baş nazirin hər gün “Milli Maydan baş tutmadı” açıqlaması məhz buna hesablanıb. O, əks düşərgədə demoralizasiya yaratmağa çalışır. Son iki gündə polis nisbətən ehtiyatlı və səliqəli hərəkət etməyə çalışır, hiss olunur ki, bu barədə əmr alıblar. Çünki polisin ilk günlərdəki ifrat zorakılığı əks effekt verdi, meydanlara daha çox insan axışmağa başladı.

Etirazçıların taktikasına gəldikdə, hələ ki onları yönləndirən hər hansı vahid mərkəz, vahid lider yoxdur, insanlar özləri sosial media vasitəsilə təşkilatlanır və küçələrə çıxırlar. Müxalifət partiyalarının iderləri və fəalları da kütlənin içində yer alırlar, önə çıxmağa çalışmırlar. Bu, bir tərəfdən yaxşıdır, çünki müxalif siyasi qüvvələrə və onların rəhbərlərinə münasibət həm toplumda, həm də müxalifət düşərgəsinin öz içərisində birmənalı deyil. Məsələn, Vahid Milli Hərəkat və onun “şinel”indən çıxmış qüvvələr təşkilatçılıq və öncüllük etsələr, istər-istəməz belə qənaət hasil ola bilər ki, etiraz aksiyaları həbsdəki eks-prezident Mixail Saakaşvilinin siyasi maraqlarına və qisasçılıq niyyətlərinə xidmət edir. Bu isə İvanişvilinin “çörəyinə yağ çəkmək” demək olar. Çünki “Gürcü Arzusu” siyasi qütbləşmədən divident götürən əsas qüvvədir. Barrikadanın qarşı tərəfində yalnız Saakaşvili tərəfdarlarının dayandığı barədə yerli və beynəlxalq ictimai rəyin formalaşması hazırda xalq hərəkatı xarakteri almış dinc müqavimətə zərər verər və ötən illərdə olduğu kimi, etirazların sönməsinə gətirib çıxarar. 

Amma digər tərəfdən, ortada konkret təşkilati mexanizmin, dəqiq fəaliyyət planının və koordinasiyanın olmadığı bir şəraitdə Belarusun 2020-ci il prezident seçkilərindən sonrakı vəziyyət Gürcüstanda da təkrarlana bilər. Belarusda yüz minlərlə insan saxtakarlığa etiraz olaraq meydana çıxırdı, amma hər hansı təşkilatçılıq, dəqiq strategiya və taktika, məqsədyönlü fəaliyyət olmadığından etirazlar qısa müddətdə asanlıqla yatırıldı. Əlbəttə ki, ciddi siyasi təcrübəsi və yetkinliyi olan gürcü toplumu ilə Belarus cəmiyyətini müqayisə etmək doğru deyil, söhbət yalnız situasiyaların müqayisəsindən gedir. Əvvəl-axır Gürcüstan müxalifəti səhnənin önünə çıxmalı və prosesləri idarə etməyə başlamalıdır. Avrointeqrasiya tərəfdarı olan bütün siyasi spektrin təmsil olunacağı vahid bir əlaqələndirici qurumun yaradılması ideyası artıq səslənir. 

Böyük ehtimal, birləşdirici fiqur kimi qəbul edilən Salome Zurabişvilinin rəhbərliyi altında formalaşdırılacaq alternativ mərkəz mövcud parlamentin və hökumətin qeyri-legitim olduğunu, Konstitusiyanın kobud şəkildə pozulduğunu bildirməklə, ölkədə konstitusion düzənin dinc yolla bərpasını özünün əsas hədəfi elan edəcək. Bu halda dövlət strukturları da mövcud hökumətə itaətsizlik göstərməyə və həmin mərkəzin ətrafında toplanmağa dəvət edilə bilər. Son günlər müxtəlif nazirliklərin və dövlət idarələrinin daxilində hökumətin qərarına qarşı etirazların artması, imzaların toplanılması, diplomatik korpusda istefaların başlaması onu göstərir ki, “Gürcü Arzusu” dövlət aparatına tam hakim ola bilməyib. Bu, ümid yaradır ki, hakimiyyət özü içəridən çat verəcək və dəyişikliyi daha asan, qansız-qadasız gerçəkləşdirmək mümkün olacaq.

Zəruri şərt budur ki, kütləvi etirazların səngiməsinə yol verilməsin; əksinə, onun miqyası mümkün qədər genişləndirilsin, aksiyalardakı emosional ruh qorunub saxlanılsın. Şübhəsiz ki, xarici faktor da vacibdir. Artıq Baltik ölkələri Bidzina İvanişviliyə və daxili işlər naziri Qomelauri başda olmaqla, Gürcüstan DİN-in rəhbərliyinə sanksiya tətbiq edib. Bu sanksiyalara Avropa İttifaqı və ABŞ da qoşularsa, Gürcüstan dövlət aparatının İvanişvilinin nəzarətindən çıxması prosesi sürətlənə bilər.

 

Toplum TV

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Kontekst

Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb

27 Noyabr 2024
Milli Məclis 2025-ci ilin büdcə sənədləri çərçivəsində gələn ilin yaşayış minimumunu da təsdiqləyəcək. Yaşayış minimumu insanın sağlam yaşaması və normal fəaliyyət göstərməsi üçün zəruri olan məhsul və xidmətlərin dəyərinin ən aşağı həddini göstərir. İstehlak səviyyəsi bu həddən aşağı olan insanlar yoxsul hesab edilir. Nə qədər insanın aylıq xərcinin yaşayış minimumundan aşağı olduğunu müəyyən etmək üçün Dövlət Statistika Komitəsi (DSK) rübdə 1 dəfə olmaqla, ölkənin bütün regionlarında təsadüfi seçmə üsulu ilə ailə təsərrüfatları arasında geniş sorğu (müayinə) keçirir.  Ölkə və bölgələr üzrə yoxsul ailə və vətəndaşların sayı bu sorğunun nəticələrinə əsasən müəyyənləşir. Yoxsul hesab olunan vətəndaşlar 2007-ci ildən etibarən dövlət büdcəsindən...
Kontekst

Bağlı sərhəd və “açıq söhbət” 

26 Noyabr 2024

Globalinfo

Zahid Oruc danışdı, amma qaranlıq mətləblər aydınlaşmadı      Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasının səbəbini açıqlamağa çalışıb. O, parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, əhali ilə açıq danışmaq lazımdır, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən qaçan yüzminlərlə qeyri-azərbaycanlının ölkəmizə axını ilə nəticələnəcək. Z.Oruc əlavə edib ki, İranda gözlənilən hərbi zərbələrdən canını və sərvətini qorumaq üçün yüz minlərlə insan da Azərbaycana keçməyə hazırdır: “Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər...” Əvvəla, əhali ilə açıq danışmağın tərəfdarı olduğuna görə Zahid müəllimə təşəkkür düşür. Bu, əslində...

Seçilmiş Videolar

Toplum TV loqo