AŞ NK-nın sədri: “Ümid edirik ki, Azərbaycanın nümayəndə heyəti və AŞPA ümumi dil tapacaqlar”
açıq mənbədən götürülüb
Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri, Lüksemburqun xarici işlər naziri Ksavye Bettel qurumun fəaliyyət planı çərçivəsində Azərbaycanla əməkdaşlığın bərpasından məmnun olduğunu deyib.
Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edən Bettel qeyd edib ki, “Biz dialoq üçün platforma olaraq qalmalıyıq və ümid edirik ki, Azərbaycanın nümayəndə heyəti və assambleya əlaqələrin tezliklə bərpası üçün ümumi dil tapacaqlar”.
Ermənistandan olan deputat Armen Gevorkyan müzakirələr zamanı erməni separatçılarının Bakıdakı mühakiməsindən danışıb, onların işi üzrə məhkəmə prosesini "beynəlxalq hüququn pozulması, erməni xalqı üçün faciə və təşkilatın əsas dəyərlərinin öz üzvü tərəfindən pozulmasına məhəl qoymayan Avropa Şurası üçün rüsvayçılıq" adlandırıb.
“Bakıda hakimiyyət öz xalqını sivilizasiyadan təcrid edir, orta əsr despotik rejim qurur. Belə vəziyyətdə ermənilər üçün hansı ədalətdən danışmaq olar və Nazirlər Komitəsi bu biabırçı prosesi necə dayandıra bilər?" deyə, Gevorkyan əlavə edib.
Bettel bildirib ki, Azərbaycanda mühakimə olunan şəxslər Avropa İnsan Hüquqları Konvensiyasının təmin etdiyi bütün hüquqlardan, o cümlədən ədalətli məhkəmə araşdırması hüququndan istifadə etməlidirlər.
“Əgər onlar hüquqlarına riayət olunmadığını hesab edirlərsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər” – Bettel belə deyib.
Xatırladaq ki, ölkədə insan hüquqlarıyla bağlı vəziyyətin kəskin pisləşməsi, hakimiyyətin öz öhdəliklərini yerinə yetirməməsi və Avropa Şurası Parlament Assambleyasıyla əməkdaşlıqdan imtina etməsi səbəbindən qurum ötən il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməyib.
Prezident İlham Əliyev bunun "anti-Azərbaycan addım" olduğunu deyib, Avropa Şurasından və onun strukturlarından çıxmaq ehtimalını səsləndirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
MSK
Toplum TV
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?