Azər Qasımlı: “Ola bilsin, məni həbs etmək üçün nəsə uydurublar” (Yenilənir)
Amerikanın səsi
Ölkədən çıxışına qadağa qoyulan Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı bunun səbəbini öyrənməkdən ötrü bu gün Bakı Baş Polis İdarəsinə gedib.
Onun Toplum TV-yə dediyinə görə, idarədə ölkədən çıxışına qadağa qoyulmasının səbəbini öyrənmək üçün ərizə yazıb. Eyni zamanda, o sözügedən qadağanın tezliklə götürülməsini tələb edib.
A.Qasımlı ona niyə belə qadağa qoyulmasının səbəbini bilmir, amma bəzi ehtimalları var: “Bildiqyim qədər adım hər hansı cinayət işində keçmir. Hər halda mənim belə bir xəbərim yoxdur. Bir şahid qismində də hər hansı bir cinayət işində dindirilməmişəm. Amma biz Azərbaycanda yaşayırıq. Biz bilirik ki, hakimiyyəti tənqid edən istənilən şəxsi həbs edə bilərlər, ona şər ata bilərlər. Ola bilsin, məni həbs etmək üçün nəsə uydurublar və onun əsasında da bu qadağanı qoyublar. Amma indi bunun nəticəsində nə baş verəcək, onu oturub gözləməliyik”.
SMİ-nin rəhbəri baş verənləri özünə qarşı təzyiq kimi qəbul edir və bunu siyasi qərar adlandırır.
***
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub. Bu haqda özü Facebook hesabında yazıb.
“Bu gün səhər Praqaya, oradan da Berlinə səfərim var idi. Pasport nəzarətində dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Formal səbəbini bilmirəm. Lakin hesab edirəm ki, bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir”, - A.Qasımlı yazıb.
O, qadağanın qanunsuz olduğunu və “ yalnız şərləmə əsasında qoyula biləcəyini” vurğulayır.
Azər Qasımlı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevlə danışdığını və ona məsələnin araşdırılacağı cavabını verdiyini qeyd edib.
O, az əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə gedib.
Azər Qasımlı əvvələr REAL partiyasının fəallarından olsa da, qurumun keçmiş sədri İlqar Məmmədov həbsdən çıxdıqdan az sonra partiyadan gedib. O, Azərbaycan hakimiyyətinin apardığı siyasətin tənqidçilərindəndir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Annalena Berbek fəalların, jurnalistlərin azad edilməsini azərbaycanlı həmkarı ilə müzakirə edəcək
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?