Siyasət

Prokuror İlhamiz Quliyevə 7 il həbs cəzası istədi 

28 Noyabr, 2024
9

açıq mənbədən götürülüb

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi davam edib. 

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib və çıxış üçün sözü dövlət ittihamçısına verib. 

Dövlət ittihamçısı İlhamiz Quliyevə qarşı irəli sürülmüş ittihamların məhkəmədə sübuta yetirildiyini bildirərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Vəkil Zibeydə Sadıqova müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. 

Növbəti məhkəmə iclası dekabrın 12-nə təyin edilib.

İlhamiz Quliyev ötən il dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

Yaxınlarının sözlərinə görə, o, saxlanılarkən zorakılığa məruz qalıb. 

Hüquq müdafiəçilərinin fikrincə, onun həbsinə səbəb Abzas Media-ya verdiyi müsahibədir. O, həmin müsahibədə siyasi fəalları təqib etmək üçün polisin "sənədləşdirilməmiş narkotik maddələrdən" istifadə etməsindən danışıb.

Daxili İşlər Nazirliyi ittiham edilən şəxsin belə iddialarının özünü müdafiə xarakteri daşıdığını bildirir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ələsgər Məmmədli cərrahi əməliyyata ehtiyacı olduğunu deyib

28 Noyabr 2024

açıq mənbədən götürülüb

Xətai Rayon Məhkəməsində Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb. Məhkəmə online keçirilib və vəsatət təmin edilməyib.  Bu haqda onun qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə deyib.  N.Məmmədli bildirib ki, Ələsgər Məmmədli səhhətinin pis olduğunu və xüsusilə də qalxanabənzər vəzdə böyüməkdə olan şişin təcili əməliyyatla götürülməsinin vacib olduğunu hakimin diqqətinə çatdırıb. O deyib ki, hətta təcrtidxanadakı həkimlər də cərrahi əməliyyatın vacibliyini vurğulayıblar. Amma Ə.Məmmədli təcridxanada əməliyyat oluna bilməyəcəyini də qeyd  edib.  O, eyni zamanda, davamlı qan təzyiqinin yüksəldiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini bildirib.  N.Məmmədli deyir ki, qardaşı universitetdə oxuyan iki övladının maddi problemlərini həll etməli olduğunun...
Siyasət

Avropa Parlamentində Azərbaycandakı vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlər müzakirə ediləcək

28 Noyabr 2024

açıq mənbədən götürülüb

Avropa Parlamentinin İnsan hüquqları üzrə Alt Komitəsi dekabrın 5-də “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər”i müzakirə edəcək. Bu haqda Turan xəbər verir. Tədbirə hüquq müdafiəçisi Jalə Bayramovanın da qatılacağı, atası Qubad İbadoğlunun işi və Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı çıxış edəcəyi bildirilir. Avropa Parlamentinin prezidenti Roberta Metsola ötən həftə İbadoğluna məktub göndərərək onu dekabrda Saxarov mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət etmişdi. Amma haqqında bir ildən çoxdur cinayət işi açılan və hazırda ev dustaqlığında olan İbadoğlunun tədbirə qatılması mümkün görünmür.  Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi qətnamədə son bir ildə Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə...

Seçilmiş Videolar

Toplum TV loqo