açıq mənbədən götürülüb
Xətai Rayon Məhkəməsində Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması haqqında vəsatətə baxılıb. Məhkəmə online keçirilib və vəsatət təmin edilməyib.
Bu haqda onun qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə deyib.
N.Məmmədli bildirib ki, Ələsgər Məmmədli səhhətinin pis olduğunu və xüsusilə də qalxanabənzər vəzdə böyüməkdə olan şişin təcili əməliyyatla götürülməsinin vacib olduğunu hakimin diqqətinə çatdırıb. O deyib ki, hətta təcrtidxanadakı həkimlər də cərrahi əməliyyatın vacibliyini vurğulayıblar. Amma Ə.Məmmədli təcridxanada əməliyyat oluna bilməyəcəyini də qeyd edib.
O, eyni zamanda, davamlı qan təzyiqinin yüksəldiyini, kəskin baş ağrılarından əziyyət çəkdiyini bildirib.
N.Məmmədli deyir ki, qardaşı universitetdə oxuyan iki övladının maddi problemlərini həll etməli olduğunun nəzərə alınmasını xahiş edib: “Onlar təhsil haqqını və digər xərclərini özləri ödəyə bilməzlər".
Ə.Məmmədli 9 aydır istintaq aparıldığını və heç bir sual qalmadığını da ayrıca qeyd edib.
Amma istintaq tərəf vəsatətin təmin edilməməsini xahiş edib və hakim müstəntiqə heç bir sual vermədən onun şikayəti təmin etməyib.
Qərardan şikayət veriləcəyi bildirilir.
Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini 3 ay uzadıb.
Bu ilin martında "Tolum TV işinə" görə 7 nəfər həbs edilib, iki nəfər polis nəzarətinə verilib. Onlar qaçaqmalçılıqda ittiham olunurlar. Özləri ittihamı rədd edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Avropa Parlamentində Azərbaycandakı vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlər müzakirə ediləcək
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?