açıq mənbədən götürülüb
İctimai fəal və I qrup əlil Famil Xəlilov ev dustaqlığına buraxılıb.
Bu haqda bu gün - dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilib.
Report xəbər verir ki, dövlət ittihamçısı Rauf Malışov Famil Xəlilovun haqqındakı həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Hakim Azər Tağıyevin qərarına əsasən, Famil Xəlilovun sağlıq durumu, məhkəmədən yayınmacayağı nəzərə alınaraq barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Ötən həftə - noyabrın 28-də məhkəmə onun ev dustaqlığına buraxılması haqda müraciətini rədd etmişdi. Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova bundan sonra onun quru aclığa başladığını, vəziyyətinin ağır olduğunu bildirmişdi. Hətta dünən dekabrın 2-də bütün ailə üzvləri və təcridxana rəisi ondan aclığı dayandırmasını istəsələr də, Xəlilov razılaşmamışdı.
Ailəsinin mətbuata verdiyi məlumata görə, COP29 zamanı onun ev dustaqlığına buraxılacağı haqda vəd verildiyi üçün o avqustdan başladığı aclıq aksiyasını dayandırmışdı.
Mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Özü ittihamları rədd edir, sosial şəbəkədə hakimiyyəti tənqid etdiyinə görə həbs edildiyini bildirir.
Qolları serebral iflic olan Famil Xəlilov 1-ci qrup əlildir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycan hakimiyyətini repressiyalara son qoymağa çağırdı
CNN
açıq mənbədən götürülüb
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub