açıq mənbədən götürülüb
17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, səhhətində ciddi problemlər olan inanclı məhbus Natiq Həşimovun 4 gündür aclıq aksiyasına başladığı bildirilir. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, o, müalicəsinə imkan verilmədiyi üçün aclıq edir.
Diabet xəstəsi olan 40 yaşlı Natiq Həşimovun bəzən qanda şəkərinin 600-ə qalxdığı, komaya düşmək təhlükəsi yarandığı deyilir.
Yaxınları bildirir ki, bir müddət öncə cəzaçəkmə müəssisəsinə gələn Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Fikrət Qafarov onun vəziyyətini görüb və Müalicə Müəssisəsinə köçürülməsi barədə göstəriş verib: “Bir müddətdir Müalicə Müəssisəsində idi. Orada müalicə olunurdu. Noyabrın 30-da səhər onu qəfildən 17 saylı cəzaçəkmə müəssisəsinə geri qaytarıblar. Əvvəldən köçürülmə barədə xəbərdarlıq etməyiblər. Elə başmaqla çıxarıblar oradan. Bütün dərmanları da orada qalıb. Müalicəsi başa çatmamış, heç bir səbəb göstərilmədən köçürdüklərinə görə noyabrın 30-dan – gətirdikləri gündən aclığa başlayıb. İnsulindən də imtina edib. Yalnız su içir, onu da qaytarır. Vəziyyəti çox pisdir. Qollarına girib ayağa qaldırırlar”.
Deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Natiq Həşimov 2023-cü ilin mayından həbsdədir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə 3 il azadlıqdan məhrum edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycan hakimiyyətini repressiyalara son qoymağa çağırdı
CNN
açıq mənbədən götürülüb
Kiçik biznes üçün ləğv edilmiş güzəşt bərpa olunur, amma məhdud şərtlərlə
Gələn il yanacağın qiyməti yenidən arta bilər -EKSKLÜZİV
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
10 il əvvəl 5500 iş yeri vəd edilmişdi, bu gün 10 dəfə az insan işlə təmin olunub