Keçmiş diplomat həbsinin səbəbindən danışıb: “Bunu dilə gətirənləri cəzalandırırlar”
açıq mənbədən götürülüb
Keçmiş diplomat Emin İbrahimov həbsini ölkədəki repressiyaların tərkib hissəsi sayır və ölkədə korrupsiyanı, diktaturanı, Azərbaycanın Rusiyanın maraqlarına xidmət edən siyasətini açıq tənqid etdiyinə görə həbs edildiyini deyir.
Azadlıq Radiosu xəbər verir ki, o, bu barədə noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində çıxışı zamanı danışıb.
"Həbsim Azərbaycan diktaturasının və onun şəriki olan Rusiya imperiyasının maraqlarına xidmət edir. Onlar əlbir və şərikdirlər, maraqları da regionda demokratiyanın cücərtilərini məhv etməkdir. Bu gün Azərbaycan diktaturası rus imperializminin Qafqazdakı əsas sütunudur. Bunu dilə gətirənləri də cəzalandırırlar", - E.İbrahimov belə deyib.
Bakı Apellyasiya Məhkəməsində onun istintaq dövründə həbsdə saxlanma müddətinin yanvarın 22-dək uzadılması haqda qərardan verilmiş şikayətə baxılıb.
Keçmiş diplomatın vəkili onun kiməsə bıçaqla xəsarət yetirməsi haqda ittihamın həqiqətə uyğun olmadığını, həbsi haqda qərarın qanunsuz olduğunu bildirib. Vəkilin sözlərinə görə, hüquqlarını qoruduğu şəxs təqsirsizdir və azadlığa buraxılmalıdır. O, bıçaqlandığı iddia edilən şəxsin dəfələrlə üzləşməyə çağrıldığı halda gəlmədiyini xatırladıb.
E.İbrahimovun özü isə ədalətli qərar gözləmədiyini söyləyib: "Çünki diktatura rejimi sizləri də öz əməllərinə alət edir. Azad iradəniz yoxdur".
Hakimlər bir dəqiqəlik müşavirədən sonra onun haqqındakı həbsin uzadılması qərarının qüvvədə saxlandığını açıqlayıblar.
Bu il iyulun 22-də həbs edilən Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Özü ittihamı qəbul etmir, heç kimi bıçaqlamadığını, evinə gedərkən bir nəfərin qəfildən üstünə gələrək paltarlarını cırmağa başladığını, bu zaman polislərin onu saxladığını bildirir.
Azərbaycanın ABŞ-dakı səfirliyində çalışan E.İbrahimov 2020-ci ildə xarici işlər nazirinə ərizə yazıb, ölkədə insanların hüquq və azadlıqlarının boğulduğunu, seçkilərin saxtalaşdırıldığını vurğulayıb və belə bir vəziyyətdə işləmək istəmədiyini bildirərək diplomatik xidmətdən azad olunmasını istəyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Gözətçi
Gözətçi
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb