Siyasət

İşçi Masası üzvünün məhkəməsi yenə təxirə salındı

26 Noyabr, 2024
65

Gözətçi

İşçi Masası Həmkarlar İttifaqı Konfedarasiyasının təsisçilərindən olan Afiəddin Məmmədovun məhkəməsi növbəti dəfə təxirə salınıb. 

Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində şahid yenə də məhkəməyə gətirilməyib. Ötən prosesdə şahid Elvina Məmmədova barəsində məhkəməyə məcburi gətirilmə qərarı çıxarılmışdı. 

Vəkil Zibeydə Sadıqova deyir ki, məhkəmə prosesinin uzanması Afiəddin Məmmədovun hüquqlarının pozulmasıdır. Vəkilin sözlərinə görə hər dəfə hansısa şahidin gəlməməsi həbsdə qalma müddətini uzadır. 

“Ayda 1 dəfə məhkəmə olur. Təcridxanada azadlıq hüququ pozulur”, vəkil qeyd edir.

 Afiəddin Məmmədov ötən ilin sentyabrında saxlanılıb. O cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq maddələri ilə ittiham olunur. Özü ittihamı qəbul etmir. Həbsinin ölkədəki işçi hüquqlarının müdafiəsi ilə əlaqələndirir. 

Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları onu siyasi məhbus hesab edir. 

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Azərbaycan rusiyalı keçmiş hakimin ekstradisiyasından imtina edib

10 Mart 2025

açıq mənbədən götürülüb

Bakıda saxlanılan və Rusiya tərəfindən beynəlxalq axtarışa verilmiş rusiyalı keçmiş hakim Yelena Xaxalevanın ektradisiyasından imtina edilib. Bu barədə APA informasiya agentliyi onun vəkili Şəhla Hümbətovaya istinadən xəbər yayıb.  Onun sözlərinə görə, Xaxalevanın Rusiyaya ekstradisiyası haqqında sorğuya Azərbaycan imtina cavabı verib.  Keçmiş məhkəmə hakimi olan Xaxaleva yanvarın 28-də Dubaya uçmaq istəyərkən Bakı Beynəlxalq Hava Limanında saxlanılıb. Onun Rusiya hökuməti tərəfindən beynəlxalq axtarışa verildiyi bildirilirdi. O, özünə qarşı axtarışın siyasi motivli olduğunu iddia edir.  Xaxaleva Gürcüstanda, sonra isə Azərbaycanda müalicə olunub. O, 2021-ci ilin dekabrında Rusiyanı tərk edib. Rusiya məhkəməsi 2022-ci ildə onun həbsinə qiyabi order verib.  Yelena Xaxaleva dələduzluqda, vəzifə saxtakarlığında...
Siyasət

Ukrayna Rusiyaya qismən atəşkəs təklif edəcək?

10 Mart 2025

açıq mənbədən götürülüb

Ukrayna və ABŞ nümayəndələri martın 11-də Səudiyyə Ərəbistanının Cəddah şəhərində görüşəcək.  Onların Ukrayna və Rusiya arasındakı müharibə, ABŞ-ın Ukraynaya kəşfiyyat və hərbi yardımları və “mineral razılaşması”nı müzakirə edəcəkləri gözlənilir.  Səudiyyə Ərəbistanının xarici işlər nazirliyinin ötən həftə yaydığı açıqlamada krallığın Ukraynadakı münaqişəyə “davamlı sülh” gətirmək üçün səylərini davam etdirdiyi deyilib.  “Financial Times” qəzetinin ukraynalı rəsmilərə istinadən verdiyi xəbərə görə, görüşdə Ukrayna tərəfi ABŞ-ın Ukraynaya hərbi və kəşfiyyat ötürülməsi yardımlarını davam etdirməsi qarşılığında Rusiya ilə qismən atəşkəs bağlamağı təklif edəcək.  Qəzet bildirir ki, qismən atəşkəs olaraq Ukrayna tərəfi Qara Dəniz boyunca uzun mənzilli dron və raket hücumlarına və hərbi əməliyyatlara son qoymağı...

Seçilmiş Videolar

Toplum TV loqo