Siyasət

“Famil Xəlilovun növbəti məhkəməyədək yaşaması çətin görünür” - ailəsi

3 Dekabr, 2024
17

açıq mənbədən götürülüb

Dekabrın 2-də siyasi fəal və I qrup əlil Famil Xəlilovun həyat yoldaşı, anası və övladları onu quru aclıq aksiyasından imtina etməsi üçün Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsində ziyarət ediblər. 

Bu haqda Turan-a onun həyat yoldaşı Kiçikxanım Xəlilova danışıb.  

Xəbərdə deyilir ki,  Xəlilovun aclığı dayandırması üçün söhbətə təcridxana rəisi də qoşulub. Amma o azadlığa çıxana və ya ev dustaqlığına  buraxılana qədər yeməkdən, içməkdən və dərmanlardan imtina edəcəyini bildirib.

Kiçikxanım Xəlilova ərinin səhhətinin kəskin pisləşdiyini bildirib: “Famil artıq müstəqil şəkildə yeriyə bilmir; onu görüşə əlil arabasında gətirdilər. Çox arıqlayıb, dərisi və sümükləri qalıb. Dodaqları qaralıb. Onun dekabrın 12-nə təyin edilmiş növbəti məhkəmə iclasına qədər yaşaması çətin görünür. Nə edəcəyimizi bilmirik—Famil günahsız olduğu halda həbsdə qalmaqdan ölümə üstünlük verib”.

Noyabrın 28-də məhkəmə F.Xəlilovun haqqındakı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı  vəsatəti təmin etməyib. Bundan sonra onun quru aclığa başladığı deyilir.

Yaxınları bildirirlər ki, Xəlilov Penitensiar Xidmət Bakıda keçirilən COP-29 konfransı zamanı onun ev dustaqlığına buraxılacağını vəd etdiyi üçün 15 avqustda başladığı aclıq aksiyasını dayandırıb. Amma 28 noyabrda Bakı Ağır Cinayətlər Məhkəməsi vəsatəti rədd edərək onu təcridxanada saxlayıb.

Fazil Qasımovun hüquqlarının müdafiəsi məsələsi Ombudsmanın diqqətindədir və onun hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülməkdədir, Ombudsman Aparatının hüquq müdafiəçisi Rüfət Səfərova cavab məktubunda belə deyilir.

Məktubda həmçinin Ombudsman Aparatının Baş Prokurorluğa, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Penitensiar Xidmətin Baş Tibb İdarəsinə müvafiq sorğular göndərdiyi qeyd edilir.

“Bu günlərdə F. Qasımovla bağlı yayılmış məlumatlar əsasında yenidən araşdırma aparılmış, hüquqlarının təmin edilməsi ilə bağlı Ombudsman tərəfindən operativ tədbirlər görülmüşdür,” məktubda qeyd edilir.

Bununla belə, məktubda Qasımovun aclıq aksiyası barədə heç nə qeyd olunmayıb.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycan hakimiyyətini repressiyalara son qoymağa çağırdı

4 Dekabr 2024

CNN

“Hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı yayılan xəbərlərdən dərin narahatıq”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel "Turan"ın suallarını cavablandırarkən deyib. Patel Azərbaycan hakimiyyətini “haqsız yerə həbs olunanların hamısını azad etməyə və vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa” çağırıb. “Dünyadakı insan haqları müdafiəçilərinin öz işlərini maneəsiz və qisas qorxusundan azad şəkildə həyata keçirə bilməsi çox vacibdir” deyə, Patel vurğulayıb. Səfərov Azərbaycanda siyasi motivli həbslər, işgəncələr və hökumətdəki korrupsiya barədə sənədlər və hesabatlar hazırlayan "Müdafiə Xətti" təşkilatının rəhbəridir. O, insan haqları sahəsində fəaliyyətinə görə Dövlət Departamentinin mükafatına layiq görülüb və bir...
Siyasət

Şvabe İlham Əliyevin "ailə və sülalə hakimiyyətini" tənqid etdi

4 Dekabr 2024

açıq mənbədən götürülüb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe azərbaycanlı hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun saxlanılmasına reaksiya verib. Bu barədə Frank Şvabe “X” platformasındakı hesabında yazıb. "Meydan TV" xəbər verir ki, Şvabe baş verənləri İlham Əliyevin “sülalə hakimiyyəti”nin siyasəti kimi dəyərləndirib. Şvabe prosesi kinayə ilə belə şərh edib: “Rüfət Səfərovun saxlanılması İlham Əliyevin ailə və sülalə hakimiyyətinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması üçün şərtləri yerinə yetirməyə hazır olduğunu göstərir. Bu hazırlığın necə olması isə yanvar ayında AŞPA-nın təqdim etdiyi cavabda əskini tapacaq”. Qeyd edək ki, “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq...

Seçilmiş Videolar

Toplum TV loqo