Siyasət

Nicat İbrahimin özünə xəsarət yetirdiyi, durumunun yaxşı olmadığı deyilir

21 Noyabr, 2024
25

Toplum TV

Həbsdə olan ictimai fəal Nicat İbrahimin istintaqın gedişinə etiraz olaraq  özünə xəsarət yetirdiyi bildirilir. Bu haqda Toplum TV-yə onun həyat yoldaşı Pərvin İbrahimli məlumat verib.  Həyat yoldaşının sözlərinə görə, Nicat İbrahim Bakı İstintaq Təcridxanasında şüşə qırıntısı ilə boğazını və qulağını kəsib, nəticədə çoxlu qan itirib.   

“Hazırda vəziyyəti yaxşı deyil”, - Pərvin İbrahimli deyib.

Nicat İbrahim sentyabrın 9-da qəsdən sağlamlığa ciddi ziyan vurmaqda (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunaraq polis tərəfindən saxlanılıb. O özü ittihamı rədd edir, ölkədən çıxışına qoyulan qadağaya etiraz etdiyi üçün ona böhtan atıldığını deyir. 

Nicat İbrahim 2021-ci ildə də bir dəfə cinayət məsuliyyətinə cəlb edilib və karantin rejimini pozmaqda it

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Azər Qasımlı: “Ola bilsin, məni həbs etmək üçün nəsə uydurublar” (Yenilənir)

22 Noyabr 2024

Amerikanın səsi

Ölkədən çıxışına qadağa qoyulan Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı bunun səbəbini öyrənməkdən ötrü bu gün Bakı Baş Polis İdarəsinə gedib. Onun Toplum TV-yə dediyinə görə, idarədə ölkədən çıxışına qadağa qoyulmasının səbəbini öyrənmək üçün ərizə yazıb. Eyni zamanda, o sözügedən qadağanın tezliklə götürülməsini tələb edib.  A.Qasımlı ona niyə belə qadağa qoyulmasının səbəbini bilmir, amma bəzi ehtimalları var: “Bildiqyim qədər adım hər hansı cinayət işində keçmir. Hər halda mənim belə bir xəbərim yoxdur. Bir şahid qismində də hər hansı bir cinayət işində dindirilməmişəm. Amma biz Azərbaycanda yaşayırıq. Biz bilirik ki, hakimiyyəti tənqid edən istənilən şəxsi həbs edə bilərlər, ona şər ata...
Siyasət

BMT baş katibi: COP29-da vəsait ayrılması ilə bağlı razılığa gəlinməyib 

21 Noyabr 2024

açıq mənbədən götürülüb

COP29 iqlim konfransında iştirak edən ölkələr gələn il üçün iqlim dəyişikliyilə mübarizəyə vəsait ayrılması barədə razılığa gələ bilməyiblər. Bunu bu gün - noyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Bakıda keçirilən mətbuat konfransında açıqlayıb (Turan).   "Mən danışıqların iştirakçısı deyiləm, amma Birləşmiş Millətlər Təşkilatının baş katibi kimi ölkələri razılığa gəlməyə və vaxt itirməməyə çağırıram. Dediyim kimi, vaxt gedir ", - A.Quterreş bildirib. O, vəsaitin ayrılması barədə qərarın qəbuluna kimin və hansı səbəbdən  mane olması ilə bağlı jurnalistlərin suallarına cavab verməyib. Söhbət iqlim dəyişikliyilə bağlı iştirakçı dövlətlərin 1 trilyon dollar ayırmasından gedir.   

Seçilmiş Videolar

Toplum TV loqo