Siyasət

Polşa səfiri XİN-ə çağrıldı

28 Noyabr, 2024
7

bizim.media

Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-in açıqlamasına görə, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.

“Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb”, nazirlikdən bildirilir.

Bundan başqa, “bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb”.

Bir gün öncə Ermənistanda səfərdə olan Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhədinə getməsi Bakı tərəfindən narazılıqla qarşılanıb, XİN açıqlama verərək bunu təxribatçı hərəkət kimi dəyərləndirib və bunun iki ölkənin münasibətlərində gərginlik yaranmasına səbəb olacağını bildirib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Avropa Parlamentində Azərbaycandakı vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlər müzakirə ediləcək

28 Noyabr 2024

açıq mənbədən götürülüb

Avropa Parlamentinin İnsan hüquqları üzrə Alt Komitəsi dekabrın 5-də “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər”i müzakirə edəcək. Bu haqda Turan xəbər verir. Tədbirə hüquq müdafiəçisi Jalə Bayramovanın da qatılacağı, atası Qubad İbadoğlunun işi və Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı çıxış edəcəyi bildirilir. Avropa Parlamentinin prezidenti Roberta Metsola ötən həftə İbadoğluna məktub göndərərək onu dekabrda Saxarov mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət etmişdi. Amma haqqında bir ildən çoxdur cinayət işi açılan və hazırda ev dustaqlığında olan İbadoğlunun tədbirə qatılması mümkün görünmür.  Avropa Parlamenti oktyabrın 24-də qəbul etdiyi qətnamədə son bir ildə Azərbaycanda fəallara, jurnalistlərə, müxalifət liderlərinə...
Siyasət

Prokuror İlhamiz Quliyevə 7 il həbs cəzası istədi 

28 Noyabr 2024

açıq mənbədən götürülüb

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ictimai fəal İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi davam edib.  Hakim məhkəmə istintaqının başa çatdığını elan edib və çıxış üçün sözü dövlət ittihamçısına verib.  Dövlət ittihamçısı İlhamiz Quliyevə qarşı irəli sürülmüş ittihamların məhkəmədə sübuta yetirildiyini bildirərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  Vəkil Zibeydə Sadıqova müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.  Növbəti məhkəmə iclası dekabrın 12-nə təyin edilib. İlhamiz Quliyev ötən il dekabrın 4-də həbs olunub və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma,...

Seçilmiş Videolar

Toplum TV loqo