Siyasət

Avropa Şurası komissarı əsassız həbs edilənləri azadlığa buraxmağa çağırır, Baki isə...

19 Noyabr, 2024
22

The Council of Europe

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti Azərbaycan Prezidenti İlham Əliyevinə müraciət edib. Noyabrın 4-də ünvanlanan məktubda əsassız yerə həbs edilənlər azad edilməyə çağrılır (Amerikanın Səsi).

Jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlığını ifadə edən Maykl O’Flaherti Akif Qurbanovun, Ələsgər Məmmədlinin, İmran Əliyevin və Anar Məmmədlinin, eyni zamanda, Abzas Media, Toplum TV və Kanal 13 jurnalistlərinin  “qaçaqmalçılıq” ittihamı ilə həbsinə diqqət çəkib.

Komissar on il əvvəl hazırkı cinayət işlərinə oxşar işlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin pozulmasını müəyyən etdiyini yada salır.

Eyni zamanda qeyd edir ki, 75 yaşlı Avropa Şurasına üzv olduğu 20 ildə Azərbaycan Konvensiyanın 18-ci maddəsinin pozulması üzrə digər 45 üzv ölkəni qabaqlayıb.

AİHM-in sözügedən qərarlarında 2013-2014-cü illərdə vətəndaş cəmiyyətinə, fəallara və jurnalistlərə, o cümlədən o zaman da həbs edilmiş Anar Məmmədliyə qarşı cinayət təqiblərinin qanunsuz olduğu vurğulanıb.

Məhkəmə müəyyən edib ki, Azərbaycanda “qisas məqsədli məhkəmə təqibləri və qanunun aliliyinə zidd olaraq cinayət qanunlarından sui-istifadə yolu ilə hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin əsassız həbslərinin narahatedici nümunəsi” mövcuddur.

Maykl O’Flaherti bunları nəzərə alaraq Azərbaycan hakimiyyətini əsassız yerə həbs edilənləri azad etməyə çağırıb:

“Azərbaycanın müvafiq orqanlarından qanuni fəaliyyətinə, müxalif və ya tənqidi fikirlərini ifadə etdiklərinə görə həbsdə olan bütün hüquq müdafiəçilərini, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını dərhal azadlığa buraxmaq, onlara qarşı cinayət ittihamları və səyahət qadağaları da daxil olmaq əlaqədar məhdudiyyətləri aradan qaldırmağı xahiş edirəm”.

Avropa Şurasının Komissarı həmçinin həbs edilənlərin polis nəzarətində olarkən pis rəftar və işgəncəyə məruz qalmasına, onların istədikləri vəkilə və zəruri tibbi yardıma çıxışına tətbiq edilən məhdudiyyətlərə də toxunur.

Eyni zamanda yada salınır ki, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi iyulda yaydığı hesabatda Azərbaycanda xüsusən də polis orqanlarında pis rəftar və işgəncə hallarının davam etdiyini və bunun qarşısının alınması üçün verilmiş tövsiyələrin uzun illərdir yerinə yetirilmədiyini qeyd edib.

Azərbaycan hakimiyyətini pis rəftar iddiaları ilə bağlı səmərəli araşdırma aparmağa çağıran Komissar O’Flaherti səhhətində problem olan şəxslərin, o cümlədən Ələsgər Məmmədli, Anar Məmmədli və Qubad İbadoğlunun adekvat tibbi yardımla təmin edilməsini xahiş edib.

Əliyevə müraciətdə Avropa Şurasının Komissarı bildirir ki, Azərbaycan qurumla  dialoq və əməkdaşlıq yolu ilə hüquq müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün təhlükəsiz və əlverişli mühitin yaradılması istiqamətində çalışmalıdır.

Rəsmi Bakı Komissara imzasız məktub ünvanlayıb. Məktubda deyilir ki, Azərbaycan beynəlxalq insan haqları da daxil olmaqla, beynəlxalq öhdəliklərini yerinə yetirdiyini bir daha təsdiqləyir və heç bir etibarlı sübut olmadan bunun əksini iddia edən bütün iddiaları qəti şəkildə rədd edir.
“Buna görə də lazımi diqqəti nümayiş etdirmək və məhkəmə prosesinə müdaxilə kimi şərh edilə biləcək hər hansı hərəkətdən, xüsusən də cinayət təhqiqatında olan şəxslərin dərhal azadlığa buraxılmasını tələb etməkdən çəkinmək son dərəcə vacibdir”, - Azərbaycan tərəfi qeyd edib.
Son bir neçə ayda Azərbaycan hakimiyyətinə siyasi motivlə həbs edilmiş şəxslərin azad edilməsi, təməl hüquqların təmin edilməsi yönündə çağırışlar edilsə də, o, bu bir qayda olaraq ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını bildirir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Nicat İbrahimin özünə xəsarət yetirdiyi, durumunun yaxşı olmadığı deyilir

21 Noyabr 2024

Toplum TV

Həbsdə olan ictimai fəal Nicat İbrahimin istintaqın gedişinə etiraz olaraq  özünə xəsarət yetirdiyi bildirilir. Bu haqda Toplum TV-yə onun həyat yoldaşı Pərvin İbrahimli məlumat verib.  Həyat yoldaşının sözlərinə görə, Nicat İbrahim Bakı İstintaq Təcridxanasında şüşə qırıntısı ilə boğazını və qulağını kəsib, nəticədə çoxlu qan itirib.    “Hazırda vəziyyəti yaxşı deyil”, - Pərvin İbrahimli deyib. Nicat İbrahim sentyabrın 9-da qəsdən sağlamlığa ciddi ziyan vurmaqda (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunaraq polis tərəfindən saxlanılıb. O özü ittihamı rədd edir, ölkədən çıxışına qoyulan qadağaya etiraz etdiyi üçün ona böhtan atıldığını deyir.  Nicat İbrahim 2021-ci ildə də bir dəfə cinayət məsuliyyətinə cəlb edilib və karantin...
Siyasət

Metyu Miller: “Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki…”

21 Noyabr 2024

Amerikanınsəsi

Vaşinqton siyasi məhbusların azad edilməsi üçün Azərbaycana təzyiqləri davam etdirəcək.  Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə belə deyib. Turan xəbər agentliyinin Vaşinqton müxbiri ondan “COP29 Azərbaycanda siyasi məhbusların azad edilməsi üçün "itirilmiş fürsət" oldumu?” deyə soruşub. MetyuMiller belə cavab verib:  "Bizim insan hüquqlarını müdafiə etməmiz heç bir konfransla bağlı deyil. Bu gündəlik baş verən bir şeydir; COP29-dan əvvəl başlayıb və ondan sonra da davam edəcək". Azadlıq Radiosu ilə əməkdaşlıq edən və beş aydır həbsdə olan Fərid Merhalizadə haqqənda isə Dövlət Departementinin nümayəndəsi bunları deyib: "Biz Azərbaycan hökumətinə aydın şəkildə işarə etdik ki, onlar jurnalistlərin öz işlərilə məşğul olmaq hüquqlarına hörmət...

Seçilmiş Videolar

Toplum TV loqo