“Şübhəli və qərəzli mənbələrə” istinad edilib - Ombudsman Human Rights Watch-un icraçı direktoruna məktub yazdı
sosial media
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Human Rights Watch” (HRW) təşkilatının ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı açıqladığı son hesabatından narazıdır.
Ombudsmanın bununla bağlı qurumun icraçı direktoru Tirana Həsənə göndərdiyi açıq məktubda deyilir ki, hesabatda “ölkədəki vəziyyətə qərəzli və birtərəfli yanaşma” nümayiş etdirilib, “şübhəli və qərəzli mənbələrə” istinad olunub və paralel hesabatlar nəzərə alınmayıb.
Səbinə Əliyeva hesab edir ki, Milli Preventiv Qrupun üzvləri HRW hesabatında adı çəkilən bir sıra şəxslərlə görüşlər keçirib və onlara qarşı işgəncə və ya qeyri-insani rəftar hallarına dair heç bir fakt aşkarlanmayıb.
Ombudsmanın məktubunda beynəlxalq qurum Azərbaycanın nailiyyətlərini, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə əldə etdiyi uğurları nəzərə almamasına görə tənqid edilib.
S. Əliyeva HRW-ni “qərəzsiz yanaşma nümayiş etdirməyə” və hesabatlarını təsdiqlənmiş faktlara əsaslanaraq hazırlamağa çağırıb.
Yanvarın 16-da illik hesabatını açıqlayan Human Rights Watch Azərbaycanda repressiyaların gücləndiyini, jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi motivli həbslərin davam etdiyini, söz, toplaşmaq və birləşmək azadlıqlarının məhdudlaşdırıldığını, saxlanılan şəxslərə qarşı işgəncə və qeyri-insani rəftarın olduğunu vurğulayıb.
HRW eyni zamanda, 2024-cü ildə keçirilmiş növbədənkənar prezident və parlament seçkilərinin azad və ədalətli seçki standartlarına uyğun keçirilmədiyini qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Əfqan Saqıqov/şəxsi arxiv
Vəkil Famil Xəlilovun işində iştirak edən hal şahidlərinin başqa işlərdə də adlarının keçdiyini bildirib
Toplum TV
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?