Siyasət

Vəkil Famil Xəlilovun işində iştirak edən hal şahidlərinin başqa işlərdə də adlarının keçdiyini bildirib

31 Yanvar, 2025
25

Toplum TV

Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, serebral iflic olan ictimai fəal Famil Xəlilovun məhkəməsi davam edir. Sonuncu məhkəmə iclasında hal şahidi gəlmədiyi üçün hakim məhkəmə iclasını təxirə salmaq istəyib. Ancaq təqsirləndirilən şəxsin müdafiəçisi Fariz Namazlı vəsatətləri olduğunu bildirib.

Vəkil deyib ki, Famil Xəlilov barəsində keçirilmiş şəxsi axtarış hal şahidlərinin iştirakı ilə olub. Həmin şəxslərin başqa işlərdə də hal şahidi kimi iştiraklarının müəyyən edilməsi üçün bəzi məlumatların əldə edilməsi zəruridir. O, Süleymanbəy Qasımovun və Pünhan Həsənlinin hal şahidi kimi iştirak etdikləri məhkəmə işləri barədə məlumatların “Elektron məhkəmə” informasiya sistemindən götürülərək hazırkı cinayət işinin materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. 

İkinci vəsatət kamera görüntülərinin əldə edilməsi ilə bağlı olub. İstintaq sənədlərinə görə, Famil Xəlilov ötən il mayın 2-də saat 15.00-da Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində saxlanılıb. Ancaq Xəlilov daha öncə məhkəmədə bildirib ki, polis əməkdaşları evdə axtarış apardıqdan sonra onu 40-cı polis bölməsinə aparıblar. Vəkilin sözlərinə görə, Allahverdiyev küçəsində müşahidə kamerası var və həmin kamera görüntülərini əldə etməklə qeyd edilən tarixdə Xəlilovun həqiqətən həmin ərazidə saxlanılıb-saxlanılmadığını müəyyən etmək mümkündür. Fariz Namazlı müşahidə kamerasından görüntülərin əldə edilməsi üçün Daxili İşlər Nazirliyinə sorğu göndərilməsini istəyib. Bu vəsatət təmin olunmayıb. 

Üçüncü vəsatət istintaq vaxtı Famil Xəlilovun pis rəftara məruz qalması ilə bağlı Binəqədi rayon Prokurorluğuna göndərdiyi müraciət haqqında olub. 

“İbtidai istintaq zamanı vəkilinin iştirakı ilə prokurorluğun müstəntiqi ondan izahat alıb, ancaq indiyədək həmin şikayətlə bağlı hər hansı qərar təqdim edilməyib. Araşdırmanın nəticəsi barədə məlumatın, hər hansı qərar qəbul edilibsə, qərarın surətinin Binəqədi rayon Prokurorluğundan alınması təmin olunsun”, - vəkil vəsatətini belə əsaslandırıb. Hakim vəsatəti təmin edib. 

Famil Xəlilov birinci qrup əlildir, əlləri anadagəlmə işləmir. Yazı yazmaq imkanı yoxdur. Vəkilin sözlərinə görə, onun adından müvafiq sənədləşmələr həyat yoldaşı Kiçikxanım Xəlilova tərəfindən həyata keçirilir. 15 dekabr 2023-cü ildə Famil Xəlilov həyat yoldaşına notarial qaydada təsdiqlənən etibarnamə verib. İstintaq sənədlərinə görə, Famil Xəlilov həbs edildikdən sonra istintaq materiallarına imza atmaqdan imtina edib. Vəkili bidlirir ki, halbuki onun bu sənədlərə imza atmaq səlahiyyəti və imkanı yoxdur, onun əvəzindən sənədləşmə işlərində həyat yoldaşı iştirak etməliydi. Odur ki, Fariz Namazlı həmin etibarnamənin iş materiallarına əlavə edilməsini istəyib. Bu vəsatət də təmin olunub. 

Növbəti vəsatət Xəlilovun həyat yoldaşının və yaxınlarının əlavə şahid qismində dindirilməsi haqda olub. Vəkilin sözlərinə görə, onlar fəalın evdə saxlanıldığını təsdiqləyə biləcəklər. Məhkəmə bu vəsatətə baxmağı təxirə salıb. 

Müdafiə tərəfi Xəlilova cinayət işi açan Binəqədi rayon Polis İdarəsinin müstəntiqinin də dindirilməsini xahiş edib. Məhkəmə müstəntiqin çağırılmasından imtina edib.

Bundan əlavə, müdafiə tərəfi Xəlilovda narkotik maddələrin olması ilə bağlı informasiya verən mənbənin polis tərəfindən açıqlanması barədə vəsatət qaldırıb.

Vəsatətlərə baxılandan sonra hakim növbəti məhkəmə iclasını fevralın 6-na təyin edilib. Həmin gün hal şahidləri dindiriləcək. 

Famil Xəlilov  mayın 2-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (satış məqsədilə külli miqdarda narkotik maddələrin istehsalı, daşınması, saxlanması) üzrə ittiham ilə saxlanılıb. Fəalın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu maddə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutur.

Onun yaxınları isə Xəlilovun saxlanılmasının əsl səbəbinin sosial şəbəkələrdə hakimiyyətin ünvanına yazdığı tənqidlər olduğunu bildirirlər.

İctimai fəal ötən il dekabrın 3-də ev dustaqlığına buraxılıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini uzadıb

31 Yanvar 2025

Əfqan Saqıqov/şəxsi arxiv

Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb. Onun Azərbaycana ekstradisiyası haqqında qərar mayda veriləcək.  Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb. İclasda dövlət ittihamçısı Əfqan Sadıqovun ölkədən qaçma riskinin artdığını deyib, buna görə də onun barəsində seçilmiş həbs müddətinin uzadılmasını istəyib. Vəkil Əfqan Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin 10 min lari girovla əvəz olunmasını xahiş edib, lakin onun vəsatəti qəbul edilməyib. Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi onun Azərbaycana ekstradisiya olunması ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Bununla da jurnalistin Azərbaycana ekstradisiya olunması haqda məhkəmə qərarı...
Siyasət

Fəaliyyətinə xitam verilmiş diplomat polis tərəfindən saxlanılıb

31 Yanvar 2025

sosial media

Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli polis tərəfindən saxlanılıb (“Report”). O, xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib. Vəkili Könül Cəfərli bildirib ki, R. Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Sumqayıt Şəhər Məhkəməsində onun haqqında xırda xuliqanlıqla bağlı bəraət verildiyi, digər iki əmələ görə isə 500 manat cərimələndiyi və məhkəmə zalından azadlığa buraxıldığı deyilir. Yunanıstan səfirliyinin birinci katibi olmuş Rəhman Şahhüseynli bir neçə gün öncə səfir və müşavirinin birləşərək onu döydüklərini...

Seçilmiş Videolar

Toplum TV loqo