Əfqan Saqıqov/şəxsi arxiv
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Onun Azərbaycana ekstradisiyası haqqında qərar mayda veriləcək.
Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.
İclasda dövlət ittihamçısı Əfqan Sadıqovun ölkədən qaçma riskinin artdığını deyib, buna görə də onun barəsində seçilmiş həbs müddətinin uzadılmasını istəyib.
Vəkil Əfqan Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin 10 min lari girovla əvəz olunmasını xahiş edib, lakin onun vəsatəti qəbul edilməyib.
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi onun Azərbaycana ekstradisiya olunması ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib. Bununla da jurnalistin Azərbaycana ekstradisiya olunması haqda məhkəmə qərarı qüvvədə qalıb.
Əfqan Sadıqov ötən il avqustun 3-də Tbilisidə Azərbaycanın sorğusu əsasında saxlanılıb. Bakı onu hədə yoluyla tələb etmədə ittiham edir və ekstradisiyasını tələb edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Vəkil Famil Xəlilovun işində iştirak edən hal şahidlərinin başqa işlərdə də adlarının keçdiyini bildirib
Toplum TV
sosial media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?