sfera.az
Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, Polşa prezidenti Ancey Dudanın Ermənistana rəsmi səfər zamanı Azərbaycanla sərhədə getməsi qəbuledilməzdir və bu addım iki ölkənin münasibətlərinin gərginləşməsinə səbəb ola bilər.
Bu haqda nazirliyin X platformasındakı hesabında bildirilir: “Polşa prezidenti Ancey Dudanın Avropa İttifaqı missiyası (EUMA) üzvlərinin müşayiətilə Ermənistan-Azərbaycan sərhədinə səfəri təəssüf doğurur və bu, Avropa İttifaqı ölkələrinin antiazərbaycan siyasətinin növbəti nümayişidir.
Rəsmi olaraq Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin qəbuledilməz diplomatik "binokl şouda" iştirakına dərindən təəssüflənirik və bu, Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb ola bilər".
Açıqlamada deyilir ki, Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinə göndərilən çoxsaylı mesajlarına baxmayaraq, “Polşa tərəf təxribatçı addımdan çəkinməyib”. O da qeyd olunur ki, Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Qafqazinfo
bizim.media
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?
Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb