Siyasət

XİN: “Polşa təxribatçı addımdan çəkinməyib”

28 Noyabr, 2024
9

sfera.az

Azərbaycan Xarici İşlər Nazirliyi hesab edir ki, Polşa prezidenti Ancey Dudanın Ermənistana rəsmi səfər zamanı Azərbaycanla sərhədə getməsi qəbuledilməzdir və bu addım iki ölkənin münasibətlərinin gərginləşməsinə səbəb ola bilər.

Bu haqda nazirliyin X platformasındakı hesabında bildirilir: “Polşa prezidenti Ancey Dudanın Avropa İttifaqı  missiyası (EUMA) üzvlərinin müşayiətilə Ermənistan-Azərbaycan sərhədinə səfəri təəssüf doğurur və bu, Avropa İttifaqı  ölkələrinin antiazərbaycan siyasətinin növbəti nümayişidir. 

Rəsmi olaraq Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin qəbuledilməz diplomatik "binokl şouda" iştirakına dərindən təəssüflənirik və bu, Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb ola bilər".

Açıqlamada deyilir ki, Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinə göndərilən çoxsaylı mesajlarına baxmayaraq, “Polşa tərəf təxribatçı addımdan çəkinməyib”. O da qeyd olunur ki, Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Azərbaycanın dövlət borcu 26 milyard manatdır

28 Noyabr 2024

Qafqazinfo

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 26 milyard 201,4 milyon manat və yaxud 2024-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 21,6 %-i qədər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3 % çoxdur. Report bu haqda Maliyyə Nazirliyinə istinadən xəbər verir. Qeyd edilir ki, borcun 9 milyard 8,5 milyon manatı və yaxud 5 milyard 299,1 milyon dolları xarici, 17 milyard 192,9 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 7,4 %-i və 14,2 %-i qədərdir, 1 il əvvələ nisbətən müvafiq olaraq 18,9 % az və 2,8 dəfə çoxdur. "Daxili dövlət borcunun kəskin artımı...
Siyasət

Polşa səfiri XİN-ə çağrıldı

28 Noyabr 2024

bizim.media

Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-in açıqlamasına görə, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. “Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb”, nazirlikdən bildirilir. Bundan başqa, “bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb”....

Seçilmiş Videolar

Toplum TV loqo