Siyasət

ABŞ səfiri: “Əsrin Müqaviləsi” regionda tarixin və enerji geosiyasətinin gedişatını dəyişdi”

20 Sentyabr, 2024
22

trend

“Əsrin Müqaviləsi” regionda tarixin və enerji geosiyasətinin gedişatını dəyişdi. ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə bağlı qəbulda belə deyib. 

Bu haqda səfirlik məlumat yayıb. 

M.Libbi sözügedən müqavilənin ABŞ-Azərbaycan ikitərəfli münasibətlərində xüsusi yeri olduğunu bildirib. 

Səfirin sözlərinə görə, ABŞ-ın dəstəyi Azərbaycan iqtisadiyyatının transformasiyasına təkan verərək, Azərbaycanın enerji sektorunda xarici investisiyaları qəbul etməsinə səbəb oldu.

 “ABŞ şirkətləri və ABŞ-ın siyasi dəstəyi regionda tarixin və enerji geosiyasətinin gedişatını dəyişdirən bu mərhələnin həyata keçirilməsinə kömək etmək üçün zəruri idi”, Mark Libby söyləyib.

Səfir həmçinin bildirib ki, Birləşmiş Ştatlar və Azərbaycan  Cənub Qaz Dəhlizinin sonrakı inkişafı üçün mühüm əhəmiyyət kəsb edən çoxşaxəli rollar oynayıblar: “Azərbaycan Cənub Qaz Dəhlizində iştirak etməklə özünü regional enerji bazarında əsas oyunçu və Avropa üçün mühüm enerji təchizatçısı kimi təsdiq edib”.

Səfir əlavə edib ki, Azərbaycan qlobal enerji keçidini qəbul edərkən və COP29-a ev sahibliyi etməyə hazırlaşarkən, hökumət emissiyaların azaldılması ilə bağlı perspektivli öhdəliklər götürüb və “yaşıl enerji” ixracında regional lider olmaq üçün cəsarətli gündəliyi var.

“Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi məqsədilə 13 neft şirkəti arasında imzalanmışdı. Bu gün müqavilənin imzalanmasından 30 il ötür.  

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Azər Qasımlı: “Ola bilsin, məni həbs etmək üçün nəsə uydurublar” (Yenilənir)

22 Noyabr 2024

Amerikanın səsi

Ölkədən çıxışına qadağa qoyulan Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı bunun səbəbini öyrənməkdən ötrü bu gün Bakı Baş Polis İdarəsinə gedib. Onun Toplum TV-yə dediyinə görə, idarədə ölkədən çıxışına qadağa qoyulmasının səbəbini öyrənmək üçün ərizə yazıb. Eyni zamanda, o sözügedən qadağanın tezliklə götürülməsini tələb edib.  A.Qasımlı ona niyə belə qadağa qoyulmasının səbəbini bilmir, amma bəzi ehtimalları var: “Bildiqyim qədər adım hər hansı cinayət işində keçmir. Hər halda mənim belə bir xəbərim yoxdur. Bir şahid qismində də hər hansı bir cinayət işində dindirilməmişəm. Amma biz Azərbaycanda yaşayırıq. Biz bilirik ki, hakimiyyəti tənqid edən istənilən şəxsi həbs edə bilərlər, ona şər ata...
Siyasət

BMT baş katibi: COP29-da vəsait ayrılması ilə bağlı razılığa gəlinməyib 

21 Noyabr 2024

açıq mənbədən götürülüb

COP29 iqlim konfransında iştirak edən ölkələr gələn il üçün iqlim dəyişikliyilə mübarizəyə vəsait ayrılması barədə razılığa gələ bilməyiblər. Bunu bu gün - noyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Bakıda keçirilən mətbuat konfransında açıqlayıb (Turan).   "Mən danışıqların iştirakçısı deyiləm, amma Birləşmiş Millətlər Təşkilatının baş katibi kimi ölkələri razılığa gəlməyə və vaxt itirməməyə çağırıram. Dediyim kimi, vaxt gedir ", - A.Quterreş bildirib. O, vəsaitin ayrılması barədə qərarın qəbuluna kimin və hansı səbəbdən  mane olması ilə bağlı jurnalistlərin suallarına cavab verməyib. Söhbət iqlim dəyişikliyilə bağlı iştirakçı dövlətlərin 1 trilyon dollar ayırmasından gedir.   

Seçilmiş Videolar

Toplum TV loqo