Siyasət

Vatslav Havel mükafatını venesuelalı siyasətçi aldı

30 Sentyabr, 2024
24

Globalinfo

III Respublika Platformasının spikeri Akif Qurbanovun da namizəd göstərildiyi Vatslav Havel mükafatına bu il Venesueladan olan siyasi xadim Maria Corina Machado layiq görülüb. 

O, ölkəsində insan haqlarının pozulmasını pisləyən, demokratiya və qanunun aliliyini müdafiə edən siyasi xadimdir. Maria Corina Machado vətəndaş və siyasi azadlıqlar, hüquqlar və vətəndaşların iştirakı üçün Venesuelanın “Súmate” könüllü vətəndaş təşkilatının həmtəsisçisidir.

AŞPA tərəfindən təsis olunan Vatslav Havel mükafatı "Avropa və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsi sahəsində görkəmli fəaliyyətinə görə" verilir.

İndiyədək mükafatı bu şəxslər alıb: Osman Kavala (2023), Vladimir Kara-Murza (2022), Mariya Kalesnikava (2021), Loujain Alhathloul (2020), İlham Tohti (2020), Oyub Titiev (2018), Murat Arslan (2017), Nadia Murad (2016), Ludmilla Alekseeva (2015), Anar Məmmədli (2014) və Ales Bialiatski (2013).

III Respublika Platformasının spikeri Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum TV” işi ilə bağlı saxlanılıb.

Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, sonradan onun həbs müddəti uzadılıb.

“Toplum TV” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.

Təqsirləndirilən şəxslər qaçaqmalçılıqda ittiham edilirlər, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayırlar.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Azər Qasımlı: “Ola bilsin, məni həbs etmək üçün nəsə uydurublar” (Yenilənir)

22 Noyabr 2024

Amerikanın səsi

Ölkədən çıxışına qadağa qoyulan Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı bunun səbəbini öyrənməkdən ötrü bu gün Bakı Baş Polis İdarəsinə gedib. Onun Toplum TV-yə dediyinə görə, idarədə ölkədən çıxışına qadağa qoyulmasının səbəbini öyrənmək üçün ərizə yazıb. Eyni zamanda, o sözügedən qadağanın tezliklə götürülməsini tələb edib.  A.Qasımlı ona niyə belə qadağa qoyulmasının səbəbini bilmir, amma bəzi ehtimalları var: “Bildiqyim qədər adım hər hansı cinayət işində keçmir. Hər halda mənim belə bir xəbərim yoxdur. Bir şahid qismində də hər hansı bir cinayət işində dindirilməmişəm. Amma biz Azərbaycanda yaşayırıq. Biz bilirik ki, hakimiyyəti tənqid edən istənilən şəxsi həbs edə bilərlər, ona şər ata...
Siyasət

BMT baş katibi: COP29-da vəsait ayrılması ilə bağlı razılığa gəlinməyib 

21 Noyabr 2024

açıq mənbədən götürülüb

COP29 iqlim konfransında iştirak edən ölkələr gələn il üçün iqlim dəyişikliyilə mübarizəyə vəsait ayrılması barədə razılığa gələ bilməyiblər. Bunu bu gün - noyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Bakıda keçirilən mətbuat konfransında açıqlayıb (Turan).   "Mən danışıqların iştirakçısı deyiləm, amma Birləşmiş Millətlər Təşkilatının baş katibi kimi ölkələri razılığa gəlməyə və vaxt itirməməyə çağırıram. Dediyim kimi, vaxt gedir ", - A.Quterreş bildirib. O, vəsaitin ayrılması barədə qərarın qəbuluna kimin və hansı səbəbdən  mane olması ilə bağlı jurnalistlərin suallarına cavab verməyib. Söhbət iqlim dəyişikliyilə bağlı iştirakçı dövlətlərin 1 trilyon dollar ayırmasından gedir.   

Seçilmiş Videolar

Toplum TV loqo