Siyasət

Tramp 12 ölkəyə səyahət qadağası tətbiq edir 

5 İyun, 2025
75

Foto: Getty Images

ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına səyahət qadağası elan edib.

İyunun 4-də açıqlanan qərarın şamil olunduğu ölkələrin vətəndaşları iyunun 9-dan etibarən ABŞ-a giriş edə bilməyəcəklər. 

Bu ölkələrə Əfqanıstan, İran, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, Liviya, Somali, Sudan və Yəmən daxildir. 

Bundan əlavə, 7 ölkə - Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesueladan girişlərə məhdudiyyətlər tətbiq olunacaq. 

“Bu ölkələrin bir çoxu Birləşmiş Ştatların viza sistemindən sui-istifadə edib və deportasiya olunmalı vətəndaşlarını geri qəbul etməkdən dəfələrlə imtina ediblər. Prezident olaraq, mən Birləşmiş Ştatların vətəndaşlarının milli təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün hərəkətə keçməliyəm”, - Trampın imzaladığı qərarda deyilir. 

Tramp “Truth Social” hesabında yayımladığı videomüraciətdə qərarını iyunun 1-də Kolorado ştatında misirli bir immiqrant tərəfindən bir qrup yəhudiyə qarşı törədilən hücumla əlaqələndirib. 

Halbuki, Misir qadağa tətbiq olunacaq ölkələrin siyahısında yoxdur və Tramp ölkələrin siyahısının hazırlanması ilə bağlı qərarı hələ yanvarın 20-də səlahiyyətlərinə başladığı gün verib. 

Tramp 2017-ci ildə ilk prezidentlik dövründə də oxşar qadağa tətbiq etmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

CHP-dən olan 5 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb 

6 İyun 2025

Foto: sosial media

Türkiyənin İstanbul və Adana vilayətlərində müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan 5 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb.  Türkiyənin Daxili İşlər Nazirliyi müvafiq qərarı iyunun 5-də qəbul edib.  Qərara əsasən, İstanbulun Avcılar, Böyükçəkməcə və Qaziosmanpaşa, Adananın Ceyhan və Seyhan rayonlarının bələdiyyə sədrləri vəzifələrindən müvəqqəti uzaqlaşdırılıb.  Sözügedən şəxslər iyunun 3-də rüşvət və vəzifədən sui-istifadə edərək mənimsəmə maddələrilə ittiham olunaraq həbs ediliblər.  Bununla da, həbsdə olan CHP-çi bələdiyyə sədrlərinin sayı 11-ə çatıb. CHP sədri Özgür Özəl iyunun 4-də mitinqdə çıxışında həbsləri partiyasına hücum olaraq qiymətləndirib.  “Heç bir konkret sübut olmadan xeyli böhtan və təhqirlərlə yeni həbs dalğası yaratdılar”, - o deyib.  Türkiyə polisi CHP-dən...
Siyasət

Trampla Mask söz davasında: “Mən olmasam, o, prezident olmazdı” 

6 İyun 2025

Foto: Getty Images

ABŞ Prezidenti Donald Tramp və onun seçki kampaniyasında ən böyük müttəfiqlərindən olmuş İlon Mask arasında qalmaqal yaşanır.  Söz davasının başlamasına səbəb Maskın Konqresdə qəbul olunan və Trampın şiddətlə dəstəklədiyi, “Böyük, Gözəl Qanun Layihəsi” adını verdiyi büdcə layihəsini tənqid etməsi olub.  Mask iyunun 3-də “X” səhifəsində qanun layihəsini “iyrənc bir rüsvayçılıq” adlandırıb və yazıb ki, ona səs verən Konqresmenlər özlərindən utanmalıdır: "Bu büdcə layihəsi onsuz da nəhəng olan büdcə kəsirini kəskin şəkildə artıraraq 2.5 trilyon dollara (!!!) çatdıracaq və Amerika vətəndaşlarını dözülməz dərəcədə dayanıqsız borc yükü altına salacaq”. ABŞ-ın ötən il üçün olan büdcə kəsrinin 1.8 trilyon ABŞ dolları həcmində olduğu...

Seçilmiş Videolar

Toplum TV loqo