açıq mənbədən götürülüb
ABŞ Prezidenti Donald Tramp Azərbaycanın İsraillə dostluğunu və bu ölkəyə dəstəyini yüksək qiymətləndirir.
O, bunu Azərbaycan Prezidenti İlham Əliyevə Novruz Bayramı münasibətilə göndərdiyi məktubda bildirib.
Azərbaycan prezidentinin rəsmi saytında aprelin 10-u dərc olunan məktub ABŞ tərəfindən ictimailəşdirilməyib.
“Ölkələrimizin uzun müddət birgə işləmək tarixi var və mən gələcək illərdə nail ola biləcəyimiz böyük işləri səbirsizliklə gözləyirəm”, məktubda qeyd edilib.
ABŞ Prezidenti, həmçinin Azərbaycan və Ermənistanın “regiona sülh gətirmək üçün atdığı addımları alqışladığını” yazıb.
“Birləşmiş Ştatlar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün davamlı tərəfdarı olaraq qalır”, o əlavə edib.
İlham Əliyev aprelin 9-da ADA Universitetində etdiyi çıxışında Tramp administrasiyası ilə münasibətlərin gedişindən razı olduğunu deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Amnesty”: “Sırf hökuməti tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublu azad edilməlidir”
sosial media
"Amnesty İnternational" 10 gündür aclıq edən Tofiq Yaqublu üçün kampaniyaya başlayır
açıq mınbədən götürülüb