Foto: Chip Somodevilla/Getty Images
ABŞ prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterresdən istintaq tələb edir.
Buna səbəb Trampın sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının iclasına qatılarkən eskalatorun dayanması və teleprompterin müvəqqəti işləməməsi olub.
Tramp çıxışında da bu insidentlərə toxunub və zarafatla deyib: "Yeddi müharibə dayandırdım, əvəzində BMT-dən mənə qalan xarab eskalator və xarab teleprompter oldu."
Sentyabrın 25-də isə prezident ciddi tonla "Truth Social" şəbəkəsində bu insidentlərin qəsdən törədildiyini iddia edib və araşdırma tələb edib.
"Eskalatoru dayandıranlar həbs edilməlidirlər! Sonra, bütün dünya üzrə milyonlarla insanın canlı izlədiyi televiziya qarşısında və zalda mühüm liderlərin önündə çıxış edərkən, teleprompter işləmədi. Tamamilə qapqaranlıq idi. Dərhal düşündüm: “Vay, əvvəl eskalator hadisəsi, indi də xarab teleprompter. Bu necə yerdir belə?” Sonra telepromptersiz çıxış etməyə başladım və o, təxminən 15 dəqiqə sonra yenidən işə düşdü. Yaxşı xəbər budur ki, çıxışım çox yaxşı rəylər aldı. Bəlkə də, çox az adamın edə biləcəyi bir şeyi etdiyimi başa düşdülər", - o yazıb.
Tramp həm də mikrofonunun işləmədiyini, çıxışının zalda eşidilmədiyini və bundan yalnız çıxışdan sonra xəbər tutduğunu iddia edib.
"Bu təsadüf deyildi, bu BMT-də üçqat sabotaj idi. Onlar utanmalıdırlar. Mən bu məktubun surətini Baş Katibə göndərirəm və dərhal istintaq tələb edirəm. Təəccüblü deyil ki, BMT uğrunda yaradıldığı missiyanı yerinə yetirə bilmir. Xüsusilə də, eskalatorun təcili dayanma düyməsi ilə bağlı bütün təhlükəsizlik kameralarının görüntüləri saxlanılmalıdır. Gizli Xidmət bu işə qarışıb", - o əlavə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"