Siyasət

Tramp orduya nüvə silahlarını sınaqdan keçirməyi tapşırıb

30 Oktyabr, 2025
117

Foto: AFP/Getty Images

ABŞ prezidenti Donald Tramp ordu rəhbərliyinə nüvə silahlarının sınaqlarını bərpa etməyi tapşırıb.

O, bunu Rusiya və Çin kimi ölkələrlə "ayaqlaşmaq məqsədilə" izah edib. 

“Digər ölkələr sınaq proqramları keçirdiklərinə görə, Müharibə Nazirliyinə nüvə silahlarımızın eyni əsasda sınaqlarına başlamağı tapşırdım", - Tramp Cənubi Koreyada Çin prezidenti Si Cinpinlə görüşündən bir qədər əvvəl sosial şəbəkədə yazıb.

Trampın sözlərinə görə, ABŞ dünyanın ən çox nüvə silahına sahib ölkəsidir, Rusiya ikinci, Çin isə üçüncü yerdədir. 

Tramp bir neçə gün əvvəl Rusiyanı nüvə mühərrikli, məhdudiyyətsiz uçuş məsafəsinə malik raket sınağına görə tənqid etmişdi. 

Tramp nüvə silahlarının “məhvedici gücünün misilsiz” olduğunu etiraf edib, lakin birinci prezidentlik müddətində ABŞ-nin nüvə arsenalını "yeniləmək və modernləşdirməkdən başqa çıxış yolunun olmadığını” söyləyib.

O, həmçinin, bildirib ki, Çinin nüvə proqramı “beş il ərzində ABŞ-nin səviyyəsinə çatacaq”.

Tramp paylaşımında sınaqların necə keçiriləcəyi barədə təfərrüatlara yer verməsə də, “prosesin dərhal başlayacağını” yazıb.

Bu, ABŞ-nin uzun müddətdir davam edən siyasətindən açıq şəkildə geri dönüş kimi qiymətləndirilir. 

ABŞ-nin sonuncu nüvə silahı sınağı 1992-ci ildə, sabiq respublikaçı prezident Corc Buşun Soyuq Müharibənin sonu ilə əlaqədar moratorium elan etməsindən əvvəl baş tutmuşdu.

Trampın açıqlaması Çin lideri Si Cinpinlə 2019-cu ildən bəri ilk görüşündən bir qədər əvvəl yayılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo