Foto: açıq mənbə
ABŞ prezidenti Donald Tramp Qazaxıstanın İsrail və digər ölkələr arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim Sazişləri”nə qoşulacağını xəbər verib.
Tramp noyabrın 6-da "Truth Social" şəbəkəsində yazıb ki, onun vasitəçiliyi ilə İsrail baş naziri Benyamin Netanyahu və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.
“Tezliklə bunu rəsmiləşdirmək üçün imzalama mərasimi elan edəcəyik. Bu güclülər klubuna qoşulmağa çalışan daha çox ölkə var", - o əlavə edib.
Qazaxıstan hökuməti bəyanatında bildirib ki, məsələ danışıqların son mərhələsindədir.
“İbrahim Sazişlərinə qoşulmağımız Qazaxıstanın dialoq, qarşılıqlı hörmət və regional sabitlik prinsiplərinə əsaslanan xarici siyasət kursunun təbii və məntiqi davamı olacaq”, - deyə bəyanatda qeyd olunub.
Qazaxıstanın artıq İsraillə tam diplomatik münasibətləri və iqtisadi əlaqələri mövcuddur. Buna görə də sazişlərə qoşulmanın, əsasən, simvolik xarakter daşıyacağı gözlənilir.
“Bu, sadə diplomatik münasibətlərin hüdudlarını aşan genişləndirilmiş əlaqə olacaq. Bu, razılaşmanın bir hissəsi olan bütün digər ölkələrlə birlikdə qurulan tərəfdaşlıqdır. Bu tərəfdaşlıq çərçivəsində onlar müxtəlif sahələrdə xüsusi və unikal iqtisadi inkişaf layihələri üzərində birgə işləyə biləcəklər", - ABŞ dövlət katibi Marko Rubio noyabrın 6-da keçirdiyi brifinqdə deyib.
Tramp noyabrın 6-da Ağ Evdə Tokayevlə yanaşı Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan liderlərlə görüşüb. Müşahidəçilər bunu ABŞ-nin uzun illər Rusiyanın təsiri altında olan və getdikcə Çinin diqqətini cəlb edən regionda nüfuz qazanmaq cəhdinin bir hissəsi olaraq qiymətləndirir.
Tramp dəfələrlə bildirib ki, ilk prezidentliyi dövründə vasitəçilik etdiyi "İbrahim Sazişləri"ni genişləndirmək niyyətindədir.
İlk dəfə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn 2020-ci ildə Trampın vasitəçiliyi ilə imzalanmış “İbrahim Sazişləri” çərçivəsində İsraillə diplomatik əlaqələr qurublar. Mərakeş isə həmin ilin sonlarında İsraillə münasibətlərini normallaşdırıb.
Tramp ötən ay Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra regional güc sayılan Səudiyyə Ərəbistanının nəhayət razılaşmalara qoşulacağına dair nikbinliyini ifadə edib.
Lakin Səudiyyə rəsmiləri ən azı Fələstin dövlətçiliyinə aparan bir yol xəritəsi təqdim olunmadan, bu istiqamətdə irəliləyişə hazır olmadıqlarını bildiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"