Siyasət

Tramp: "Ukrayna və Rusiya sülhə hər zamankından daha yaxındır" 

29 Dekabr, 2025
62

Foto: AP

ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanın sülhə "hər zamankından daha yaxın" olduğunu deyib. 

Tramp bunu jurnalistlərə dekabrın 28-də Floridada Ukrayna prezidenti Volodimir Zelenskini qəbul etdikdən sonra bildirib. 

O, bununla belə, sülh danışıqlarının gərgin olduğunu və hər an yarımçıq qala biləcəyini də istisna etməyib. 

Zelenski ilə görüşməzdən əvvəl Tramp telefonla 2 saat yarım Rusiya prezidenti Vladimir Putinlə danışıb. 

"Rusiya da Ukraynanın uğur qazanmasını istəyir", - Tramp Zelenski ilə birgə brifinqdə deyib. 

Tramp və Zelenski hər ikisi etiraf ediblər ki, sülh gündəliyinə daxil olan bir sıra məsələlər hələ də həll olunmamış qalır. Bunlara Rusiyanın hazırda nəzarət etdiyi Ukrayna ərazilərinin aqibəti, eləcə də Ukraynanın gələcəkdə yenidən işğala məruz qalmaması üçün hansı təhlükəsizlik zəmanətlərinin veriləcəyi daxildir.

Liderlər müzakirədən sonra Avropa liderləri ilə əlaqə saxlayıblar. Bu liderlər arasında Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, həmçinin Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya və Polşa rəhbərləri yer alıb. 

Tramp Avropa liderlərini yenidən Vaşinqtonda qəbul edə biləcəyini deyib. 

Putinin müşaviri Yuri Uşakov döyüşlərin şiddətlə davam etdiyi Ukraynanın şərqindəki Donbas bölgəsi və mübahisəli digər məsələlərlə bağlı olaraq Kiyevdən “cəsarətli, məsuliyyətli siyasi qərar” tələb olunduğunu deyib. 

Zelenski dekabrın 26-da jurnalistlərə bildirib ki, danışıqlar zamanı müzakirə olunan 20 maddəlik planın “təxminən 90 faizi hazırdır”. Bu ay Berlində Zelenski ilə görüşən ABŞ rəsmiləri də bu rəqəmi səsləndirib. 

Son danışıqlar zamanı ABŞ Ukraynaya NATO-nun digər üzvlərinə verilən zəmanətlərə bənzər müəyyən təhlükəsizlik təminatları təqdim etməyə razılaşıb. Zelenski deyib ki, bu cür zəmanətlər olacağı halda ölkəsi NATO üzvlüyünə iddiadan əl çəkməyə hazırdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo