Siyasət

Tramp Rusiyanı "təcavüzkar" adlandırıb

15 Sentyabr, 2025
134

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiyanı Ukrayna ilə müharibədə "təcavüzkar" adlandırıb. 

Sentyabrın 14-də jurnalistlərin suallarına cavab verən Tramp Ukrayna və Rusiyanın itkilərinə toxunaraq deyib: 

“Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyadan bir az çox adam həlak olub, amma sən təcavüzkar olanda daha çox itki verirsən.”

Tramp bundan əvvəl işğala görə Moskvanı qınamaqdan imtina edib. Onun administrasiyası fevral ayında BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməyə qarşı çıxış edib. ABŞ, həmçinin, fevralda "Böyük Yeddilik" ölkələrinin Rusiyanı "təcavüzkar" adlandıran bəyanatına etiraz edib.

Tramp apreldə verdiyi açıqlamada müharibəyə görə Ukraynanı günahlandırmışdı.  “Özündən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamamalısan və sonra ümid etməməlisən ki, kimsə sənə raketlər verəcək", - o qeyd etmişdi. 

Lakin Trampın Kremlə münasibəti son aylarda dəyişib. Ukrayna prezidenti Volodimir Zelenskinin atəşkəsə razı olmasına baxmayaraq, Rusiya prezidenti Vladimir Putin Ukraynanı ərazi güzəştlərinə vadar edən müqavilənin imzalanmasında israr edir. 

“Yeddi müharibəni dayandırmışam və bu müharibənin mənim üçün asan olacağını düşünürdüm, amma bu çətin çıxdı,” – Tramp sentyabrın 14-də
jurnalistlərə deyib.

“Düşünürəm ki, bütün danışığı mən aparmalıyam. Onlar [Zelenski və Putin] bir-birinə nifrət edirlər. O qədər nifrət edirlər ki, nəfəs ala bilmirlər", - o əlavə edib. 

Tramp eyni gündə həm də  Rusiyaya qarşı əlavə sanksiyalar etməyi planlaşdırdığını deyib. Amma o, bunun üçün avropalı müttəfiqlərinə Rusiya neftini almağı dayandırmaqla bağlı şərt qoyub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo