açıq mənbədən götürülüb
Ukrayna və ABŞ nümayəndələri martın 11-də Səudiyyə Ərəbistanının Cəddah şəhərində görüşəcək.
Onların Ukrayna və Rusiya arasındakı müharibə, ABŞ-ın Ukraynaya kəşfiyyat və hərbi yardımları və “mineral razılaşması”nı müzakirə edəcəkləri gözlənilir.
Səudiyyə Ərəbistanının xarici işlər nazirliyinin ötən həftə yaydığı açıqlamada krallığın Ukraynadakı münaqişəyə “davamlı sülh” gətirmək üçün səylərini davam etdirdiyi deyilib.
“Financial Times” qəzetinin ukraynalı rəsmilərə istinadən verdiyi xəbərə görə, görüşdə Ukrayna tərəfi ABŞ-ın Ukraynaya hərbi və kəşfiyyat ötürülməsi yardımlarını davam etdirməsi qarşılığında Rusiya ilə qismən atəşkəs bağlamağı təklif edəcək.
Qəzet bildirir ki, qismən atəşkəs olaraq Ukrayna tərəfi Qara Dəniz boyunca uzun mənzilli dron və raket hücumlarına və hərbi əməliyyatlara son qoymağı nəzərdə tutur.
“Reuters” isə bildirir ki, ABŞ tərəfi Cəddah görüşündə Ukraynadan müharibənin dayanması üçün Rusiyaya ərazi güzəştlərinə getməsini gözləyəcək.
Görüşdə Ukrayna tərəfindən Prezident Volodimir Zelenski, ABŞ tərəfindən isə dövlət katibi Marko Rubio iştirak edəcək.
Daha öncə, martın 5-də ABŞ Prezidenti Donald Tramp Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsinin Rusiya ilə sülh danışıqları bərpa olunanadək dayandırılmasına qərar verib. O, eyni zamanda Ukraynaya hərbi yardımı da dayandırıb.
Martın 9-u Tramp jurnalistlərə bildirib ki, Ukrayna minerallar razılaşmasına imza atacaq.
“Onlar buna imza atacaqlar, amma mən istəyirəm ki, onlar da sülh istəsinlər. Onlar isə bunu lazım olan dərəcədə büruzə vermirlər”, - deyə o bildirib.
Trampın Ukraynanın imza atmasında israr etdiyi minerallar razılaşması ABŞ-ın ölkənin nadir mineral resurslarına çıxış imkanı nəzərdə tutur. Ukrayna Prezidenti Zelenski ölkəsinə hərbi və kəşfiyyat yardımlarının kəsilməsindən sonra razılaşmanı “istənilən format və vaxtda” imzalayacağını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Toplum TV
Toplum TV
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb