Siyasət

Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini istəyib 

18 Sentyabr, 2025
257

Foto: Azərtac

Azərbaycanda həbsdə olan erməni iş adamı və Qarabağdakı sabiq separatçı rejimin dövlət naziri olmuş Ruben Vardanyan məhkəmədən Ermənistan baş naziri Nikol Paşinyanın dindirilməsini istəyib. 

"Azərtac"ın xəbərinə görə, sentyabrın 16-da Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vardanyan bu vəsatətlə çıxış edib. 

İş adamı, həmçinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun üzvlərinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndələrinin dindirilməsini də istəyib. 

Minsk Qrupu sentyabrın 1-də ATƏT üzv dövlətlərinin səsverməsi ilə buraxılıb. BQXK-nın Azərbaycandakı nümayəndəliyi isə sentyabrın 3-də ölkədə fəaliyyətini dayandırıb. 

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov vəsatətlərə münasibət bildirərək qeyd ediblər ki, dindirilməsi təklif olunan şəxslərin məhkəmədə baxılan ittihama aidiyyəti yoxdur. 

Hakimlər vəsatəti baxılmamış saxlayıb, lakin onun gələcəkdə yenidən  verilməsinin mümkün olduğunu bildiriblər. 

Daha sonra Vardanyan digər vəsatətini məhkəməyə təqdim edərək hərbi qulluqçu olmadığını, buna görə də təqsirləndirildiyi cinayət işinə hərbi məhkəmədə baxılmasından narazı olduğunu deyib.

Vəsatətə münasibət bildirən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli bildirib ki, təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlərin bəziləri hərbi cinayətlər olduğu üçün onun işinə hərbi məhkəmədə baxılır.

Məhkəmə vəsatəti rədd edib.

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin olunub. 

Vardanyanla yanaşı, hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikası"nın prezidenti olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət daha 15 nəfərin də məhkəməsi gedir. 

Vardanyan tək, onlar isə birlikdə mühakimə olunurlar.

Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ müharibəsində həyatını itirənlərin hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkün olanlar və başqa şəxslərdir. 

Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da Azərbaycan dövləti adından zərərçəkmiş qismində məhkəməyə qatılıb.

Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. 

Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo