WSJ: ABŞ Rusiyanı vurmaq üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək
Foto: Getty Images
“Wall Street Journal” adı açıqlanmayan Amerika rəsmilərinə istinadən xəbər verir ki , Birləşmiş Ştatlar Rusiyanın enerji infrastrukturuna qarşı uzaqmənzilli raket zərbələri endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək.
Nəşrin mənbələrinin məlumatına görə, prezident Donald Tramp kəşfiyyat orqanlarına və Pentaqona belə zərbələr endirməkdə Kiyevə köməklik etmək səlahiyyəti verib.
Üstəlik, ABŞ NATO müttəfiqlərindən də analoji dəstək vermələrini xahiş edib.
“ABŞ Kiyevə pilotsuz təyyarə və raket dəstəyi verib və indi kəşfiyyat paylaşımı ilə Rusiyanın enerji və infrastruktur obyektlərini hədəfləyərək Kremlin gəlir mənbələrini zəiflətməyə çalışır", - nəşr mənbəyə istinadən yazır.
Digər mənbələrə görə, ABŞ “Tomaqavk” və “Barakuda” raketlərinin, eləcə də təxminən 800 kilometr mənzilli yerdən və havadan buraxılan raketlərinin çatdırılmasını nəzərdən keçirir.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq bu yaxınlarda “Fox News” telekanalına müsahibəsində deyib ki, Ukrayna Rusiya ərazisinə dərin zərbələr endirə bilər.
"Fürsətdən istifadə edərək ən dərinlərə zərbələr endirin. Təhlükəsiz ərazi deyə bir şey yoxdur", - o deyib.
2025-ci il iyulun ortalarında “The Washington Post” qəzeti yazıb ki, Tramp danışıqlarda Zelenskidən Kiyevin Moskvanı niyə vurmadığını soruşub. Qəzetin yazdığına görə, Zelenski cavab verib ki, ABŞ silah versə, Ukrayna bunu edə bilər. Tramp deyib ki, Ukrayna təkcə Moskvaya deyil, həm də Sankt-Peterburqa zərbə endirməklə Vladimir Putinə təzyiq göstərməlidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”
azernews.az
Toplum TV
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"