Siyasət

Yeni taksi qaydalarına etiraz: “Niyə sərnişin seçim azadlığından məhrum edilir?”

12 Sentyabr, 2025
284

Foto: açıq mənbə

Sentyabrın 10-dan etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından mobil tətbiqlər vasitəsilə taksi sifariş etmək məhdudlaşdırılıb. 

“Bolt” və “Yango” tətbiqlərinə daxil olan sərnişinlər taksi çağıra bilmədiklərini bildirirlər. 

Hava limanı ərazisində olan sərnişinlər ya “Bolt” tətbiqindən “Bolt Aeroport” seçimini edə, ya da taksi dayanacağındakı “London taksiləri”nə minə bilirlər. 

Bu taksilərin isə hava limanından şəhər mərkəzinə xidmət haqqı 22-25 manat aralığından başlayır.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı taksi xidmətlərinin məhdudlaşdırılacağını öncədən anons edib. 

Açıqlamada bildirilib ki, əsas məqsədlərdən biri sərnişinlərə “yüksəksəviyyəli xidmət” göstərməkdir: 

“Bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar. Bu isə bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. Təəssüf ki hələ də oxşar hallarla rastlaşırıq. Hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.” 

Hava limanı əlavə edib ki, bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir. 

Qərara sosial şəbəkələrdə münasibət bildirən taksi sürücüləri və influenserlər bunun əsaslandırılmadığını bildiriblər. 

“Hələ bir ədəd belə əsaslandırılmış fikrə rast gəlmədik ki, niyə belə qərar verilib? Sərnişinə yüksək xidmət dedikdə nəyi nəzərdə tuturlar? Mən sərnişin olaraq nə ilə gedəcəyimi özüm seçməli deyiləm ki? Və ya bu taksi sürücüləri kursa gedəndən, vergi ödəyicisi olandan sonra onların sərnişin daşımaq hüququ niyə məhdudlaşdırılır?”, - “AvtoStop” radio verilişinin aparıcısı Tural Yusifov “Facebook” səhifəsində yazıb. 

Yusifov qərarı “London taksiləri”ndən istifadəni süni şəkildə artırmaq üçün verilən inzibati qərar kimi şərh edib. 

İqtisadçı və Respublikaçı Alternativ partiyasının sədri Natiq Cəfərli də qərarın inhisarçılıq məqsədilə verildiyini qeyd edib. 

“Məmurlarımız bu yolla, yəqin ki, turizmi inkişaf etdirirlər, "halal olsun", - o, “Facebook” səhifəsində yazıb. 

“Düşünürəm ki, bütün iyrənc inhisarçılıq kimi, bu addım da çox bəsit "məntiqdən" doğub – hansısa məmurcuğun, hansısa ingilisdilli “qaqulik”in balası düşünüb ki, niyə taksi xidməti azad, rəqabətli olmalıdır ki?! Öz-özünə deyib ki, gəl elə hava limanından şəhərə gəlişi alım inhisara, ancaq mənə hər gedişdən pay verən sürücülər işləsinlər, oturduğum yerdə günə 5-10 min manat qazanım da”, - iqtisadçı əlavə edib. 

“London taksiləri”ndən məsul olan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' MMC Azərbaycandakı yeganə dövlət təyinatlı taksi xidmətidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo