Siyasət

Qarabağ seperatçıları: "Artsax"ın Azərbaycanın tərkib hissəsi sayılacağı istənilən sənəd rədd ediləcək

31 Oktyabr, 2022
2268

Novosti Armeniya

Xankəndinin mərkəzində yerli ermənilər hazırda rus sülhməramlılarının yerləşdirildiyi ərazilərin Azərbaycana verilməməsi üçün mitinq keçiriblər. Aksiyada 30 mindən çox insanın iştirak etdiyi bildirilir. 

"Novosti-Armeniya" xəbər verir ki, mitinqdə çıxış edən tanınmamış Dağlıq Qarabağ Respublikasının Xarici İşlər Naziri David Babayan deyib ki, "Artsax"ın Azərbaycanın tərkib hissəsi sayılacağı istənilən təklif və ya sənəd rədd ediləcək.

https://toplum.tv/dunya/pasinyan-sulhmeramlilarin-mandatinin-20-il-uzadilmasi-ile-bagli-senedi-imzalamaga-haziram

“Həqiqətən də biz çətin dövrdə yaşayırıq, ontoloji təhlükələrlə üzləşirik. Üstəlik, təkcə "Artsax" deyil, həm də Ana Ermənistan və diaspora ontoloji təhlükələrlə üz-üzədir. Gələcək böyük ölçüdə "Artsax"dan asılıdır. Bu ağır vəziyyətdən şərəflə çıxmaq üçün həm daxili, həm də xarici sferada çalışmalıyıq. Ən əsası, biz biganə qalmamalıyıq”, - deyə Babayan bildirib.

""Artsax"ı xilas etmək şansı var”, - deyən nazir əlavə edib ki, sülhməramlı missiyanı yerinə yetirərkən regionda sülhün və sabitliyin qorunmasında Rusiya Federasiyasının rolu mühümdür. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo