Sosial

Azərbaycanda pandemiyanın başa çatacağı tarix açıqlandı

2 İyul, 2021
2742

Sosial Media

“Bu gün Azərbaycanda vaksinasiya prosesi sürətlə davam edir. Hətta bir gün ərzində 80 mindən çox peyvəd vurmaq imkanımız var. Hazırda bunu edirik”.

Bunu mətbuata açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hədəf növbəti günlərdə bu rəqəmin 100 minin üzərinə çıxarılmasıdır: “On səkkiz yaşdan yuxarı bütün həmvətənlərimizi vaksinasiya prosesinə həvəslə qoşulmağa dəvət edirəm. Həmişə deyirdik ki, bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Son elmi-tədqiqatlar da bunu sübut edir. Ona görə də peyvəndlənmənin həcmi genişləndirilməli və ictimai immunitetə daha sürətlə nail olmalıyıq”.

R.Bayramlının sözlərinə görə, vaksinasiya ilə paralel olaraq digər qoruyucu tələblərə də əməl edilməlidir: “Əminəm ki, qeyri-adi hal baş verməsə, bu ilin sonuna qədər xəstəliyi pandemiya səviyyəsindən çıxarıb normal həyata yavaş-yavaş qayıda bilərik”.

TƏBİB sədri açıqlamaları zamanı Azərbaycanda da vaksin sertifikatının müddəti 6 ay ola biləcəyini deyib. 

“Yaxın günlərdə dəqiq şəkildə ictimaiyyətə açıqlanacaq. Böyük ehtimalla bizdə də vaksin sertifikatının müddəti 6 ay ola bilər. Eyni zamanda, vaksinasiya olunanlarda yaranmış immunitetin davamlılığının nə qədər olması ilə bağlı tədqiqatlar gedir. Tədqiqatların əksər hissəsinin sentyabra qədər yekunlaşmasını gözləyirik. Ondan sonra dəqiq biləcəyik ki, vaksinasiya nəticəsində yaranan immunitet nə qədər davam edir”.

R.Bayramlı həmçinin bildirib ki, Azərbaycanda immunitet sertifikatı olanlara xatırlatma dozası vurulacaq.

Onun sözlərinə görə, 3 aydan sonra immunitet sertifikatı olanlar vaksinasiya üçün dəvət ediləcək: “Onları dəvət edəcəyik ki, xatırlatma dozası dediyimiz dozanı qəbul etsinlər. Bunda məqsəd xəstəlik keçirənlərdə yaranan hüceyrələrin davamlı olmasını təmin etməkdir. Gələcəkdə bu peyvəndin ildə bir dəfə, ya 6 aydan bir, ya da 2-3 ildən bir vurulacağı müəyyənləşəcək. Ola bilsin ki, mutasiya nəticəsində virus tamamilə zəiflədi və pandemiya səviyyəsindən çıxdı. Bu halda yalnız risk qruplarına vaksin tətbiq oluna bilər. Risk qrupuna daxil olanlar isə səhiyyə işçiləri və əsasən ürək xəstəliyi olan şəxslərdir. Ona görə elmi analitik məlumatları izləməli, onların nəticəsinə əsasən qərarlar verməliyik”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo