Məhkəmə

7 körpənin öldüyü işlə bağlı məhkəmə: "TƏBİB-dən yanğın siqnalizasiya sistemi üçün pul istədik, dedilər, yoxdur"

25 Fevral, 2026
367

Foto: açıq mənbə

2024-cü ildə Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı iş üzrə növbəti məhkəmə prosesi keçirilib. 

APA-nın xəbərinə görə, fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərdən mərkəzin direktoru olmuş Mehriban Abasquliyeva ifadə verib. 

M.Abasquliyeva direktor işlədiyi dövrdə mərkəzdə yanğın siqnalizasiya sisteminin işləmədiyini etiraf edib, lakin problemin həll olunmamasına görə özünü məsul bilməyib. 

"Aylıq maaşım 6549 manat olmasına baxmayaraq, mərkəzin ehtiyacları üçün öz cibimdən 3500 manat xərcləmişəm. Necə deyə bilərlər ki, vəzifə öhdəliklərimi yerinə yetirməmişəm? İş vaxtı olmayanda da gəlib vəziyyətlə maraqlanmışam. Məndən öncəki rəhbərlərin vaxtında mərkəzin yanğın siqnalizasiya sistemi yararsız olub. Onu təmir etmək üçün damı da sökməli idilər. Bu və digər problemlərin həll edilməsi, müvafiq sistemlərin quraşdırılması üçün ümumilikdə 2 milyon 700 min manatdan artıq vəsait tələb olunurdu. TƏBİB-ə müraciət etdikdə külli miqdarda vəsait olduğu üçün verə bilməyəcəklərini dedilər. Bu gün də mərkəzdə həmin sistem quraşdırılmayıb", - o deyib. 

Növbəti proses martın 4-nə təyin edilib.

2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında yanğın baş verib. Yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib. 

Yanğınla əlaqədar Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri üzrə cinayət işi açılıb. 

Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü maddələri üzrə məsuliyyətə cəlb olunub. 

Mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli də Cinayət Məcəlləsinin 225.3-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində tanınıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo