Məhkəmə

Bakıdan kənarda çalışan həkimlərin maaş əlavələrini ala bilmədiyi deyilir

19 Fevral, 2026
366

Bakıdan kənarda fəaliyyət göstərən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müəssisələrdə çalışan bəzi həkimlərin maaş əlavələrini ala bilmədiyi bildirilir.

Problemlə bağlı “Toplum TV”-yə danışan Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov deyir ki, həmin müəssisələrdə çalışan tibb işçilərinin əmək haqlarına əlavələrin verilməsi qanunla nəzərdə tutulsa da, buna illərdir əməl edilmir. 

Ə.Rəhmanov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2020-ci ilin yanvarında təsdiqlədiyi “TƏBİB tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na istinad edir. 

Qaydaların 11.1-ci bəndində göstərilir ki, kənd və qəsəbə yerlərindəki sahə xəstəxanalarının və ambulatoriyaların həkimlərinin maaşlarına hər ay “fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq” əlavə ödənilməlidir. 

18-1-ci bənddə isə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun inzibati ərazi vahidlərində yerləşən tibb müəssisələrində “bəzi ixtisaslar üzrə çalışan həkimlərin əmək haqlarına müvəqqəti həvəsləndirici əlavələrin verilməsi” nəzərdə tutulur. 

Problemlə üzləşənlərdən biri Ə.Rəhmanovun həyat yoldaşı, 2007-ci ildən Zabrat Sağlamlıq Mərkəzində həkim-endokrinoloq kimi çalışan Ülkər Nəzirovadır. O, ötən ay əməkhaqqı əlavələrinin ödənilməsinə məsul olan Bakı Baş Səhiyyə Mərkəzini məhkəməyə verib.

Nəzirova 2020-ci ildən maaşına ödənməli olan əlavələri, həmçinin Əmək Məcəlləsinə istinadən əlavələrin gecikdirildiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində təzminat tələb edib. 

Ə.Rəhmanovun "Toplum TV" ilə bölüşdüyü məhkəmə qərarına əsasən, Bakı Baş Səhiyyə Mərkəzinin nümayəndəsi iddiaya etirazında bildirib ki, sözügedən qaydalarda həkim-endokrinoloq ixtisası üzrə çalışanlara əlavələrin ödənilməsi nəzərdə tutulmayıb. 

Prosesə üçüncü şəxs kimi cəlb olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi isə etirazında qeyd edib ki, iddiaçının çalışdığı Zabrat Sağlamlıq Mərkəzi qanunvericilikdə qəsəbə xəstəxanası olaraq müəyyən olunmayıb. 

Fevralın 4-də Yasamal Rayon Məhkəməsində hakim Kərim Xudayevin sədrliyi ilə keçirilən prosesdə iddiaçının tələbi rədd edilib. Məhkəmə qərarı belə əsaslandırıb ki, endokrinoloqun iş yeri Nazirlər Kabinetinin 2019-cu ildə təsdiqlədiyi, TƏBİB tabeliyindəki tibb müəssisələrinin siyahısında qəsəbə statuslu deyil, Bakı şəhəri üzrə müəssisə kimi əks olunub. 

Ə.Rəhmanov qərardan apellyasiya şikayəti verəcəklərini deyir. Onun sözlərinə görə, Müstəqil Həmkarlar Birliyinə müxtəlif bölgələrdə çalışan həkimlərdən də maaşlarına əlavələrin verilməməsi ilə bağlı müraciətlər daxil olur. 

“Yaxşı, tutaq ki, Zabratı qəsəbə kimi tanımırlar, bəs rayonlardakı həkimlərin əlavələrini ödəməməyi necə əsaslandırırlar? Onlar üçün də deyəcəklər ki Marsda, başqa planetdə çalışırlar? Həkimlərimiz, çox təəssüf ki, haqlarını tələb etmək əvəzinə ölkədən baş götürüb qaçırlar”, - o qeyd edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo