Sosial

Paşinyan: "Erməni soyqırımının tanınmasının bizə nə xeyri olub ki?" 

29 Avqust, 2025
425

primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan İsrail baş naziri Benyamin Netanyahunun "erməni soyqırımı"nı tanımasına münasibət bildirib.

Paşinyan avqustun 28-də hökumət brifinqində deyib ki, Netanyahunun açıqlamasının  “Ermənistan Respublikası, Ermənistan xalqı və ya erməni millətinin maraqları ilə heç bir əlaqəsi yoxdur”.

“Biz özümüzdən soruşmalıyıq: Biz istəyirikmi ki, erməni soyqırımının tanınması və ya tanınmaması bizim reallığımız, dövlətimizin maraqları və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayan başqalarının əlində geosiyasi alver predmetinə çevrilsin? İstəyirikmi ki, soyqırımı təsadüfən və ya qarışıqlıq nəticəsində hansısa müsahibədə sadəcə səslənən bir ifadəyə çevrilsin? Mən istəmirəm ki, şəhidlərimizi belə bir vəziyyətə salaq. Təkrar edirəm, diqqətimizi dövlətimizin maraqlarına yönəltməliyik", - o bildirib. 

Baş nazir ardınca deyib ki, indiyədək xeyli ölkə "erməni soyqırımı"nı tanısa da, bunun Ermənistana xeyri olmayıb. 

“Çoxlu ölkə erməni soyqırımını tanıyıb. Gəlin düşünək və hesablayaq — Ermənistan xalqı və ya Ermənistan Respublikası bunun nəticəsində əslində nə qazanıb? Bu tanınmalardan biz nə əldə etmişik? Başqa sözlə desək, bizim məqsədimiz şəhidlərimizi başqalarının geosiyasi sövdələşmələrdə alver predmetinə çevirməyə imkan verməkdirmi?”, - o sual edib. 

Paşinyan əlavə edib ki, bu məsələni beynəlxalq tərəfdaşlarla müzakirə edib, hətta bəzi liderlərin soyqırımı tanımasının "motivlərini anlamağa çalışıb". 

“Əsas hərəkətverici motiv çoxları üçün seçkilərdə daha çox səs qazanmaq olub ki, bunun da erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur", - o qeyd edib. 

Bu yaxınlarda bir "YouTube" verilişinə qonaq olan Netanyahuya "erməni soyqırımı"nı tanıyıb-tanımadığı soruşulub, o da müsbət cavab verib. 

Dünyada 34 ölkə 1915-23-cü illərdə Osmanlı dövləti ərazisində erməni əhaliyə qarşı qətliamları soyqırımı kimi tanıyıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...
Sosial

Nazir dərsliklərdə məzmundan şikayət edir, bəs nə qədər haqlıdır?

15 İyul 2026

edu.gov.az

“Dərslik çap ediləndən sonra kimsə çay içəndə orada hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi qələmə verirsə, mən bunu əhəmiyyətli hesab etmirəm”. Elm və təhsil naziri Emin Əmrullayev bu sözləri ötən ay yerli mətbuata müsahibəsində deyib. Buna baxmayaraq, o, məktəb dərsliklərində ciddi məzmun problemlərinin olduğunu da etiraf edib.  “Dərslikdə hansısa mövzu, ümumiyyətlə, yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik?”, - o sual edib.  Fizika, təbiət, həyat bilgisi kimi dərsliklərin hazırlanmasında iştirak etmiş təhsil eksperti Yalçın İslamzadə “Toplum TV”-yə...

Seçilmiş Videolar

Toplum TV loqo