Toplum TV
Azərbaycanda qadınların aldığı əmək haqqı kişilərin aldığı əmək haqqından 31,2% azdır (Yeniavaz).
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda muzdla işləyən qadınların orta aylıq əmək haqqı 735,7 manat, kişilərin orta aylıq əmək haqqı isə 1 069,3 manat olub.
Belə görünür ki, iqtisadiyyatın heç bir sahəsində qadınlar kişlərdən yüksək maaş almırlar.
Ən kəskin fərq peşə, elm və texniki fəaliyyət sahəsində işləyənlərin əmək haqqında müşahidə olunub. Bu sahələrdə işləyən qadınların orta aylıq əmək haqqı 1032,7 manat olduğu halda, kişilərin orta aylıq əmək haqqı 2 001,2 manat olub. Qadınların maaşı kişilərin maaşından təxminən 2 dəfə az olub.
Maaşlar arasındakı ən az fərq isə təhsil sahəsində qeydə alınıb. Təhsil sahəsində işləyən qadınların orta aylıq əmək haqqı 684,5 manat, kişilərin orta aylıq əmək haqqı isə 793,8 manat olub. Kişilərin maaşı qadınların maaşından 13,8% çox olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
GİPA
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
Anar Əliyev məhkəmədə Fazil Qasımovu və vəkilini ölümlə hədələyib
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb