Məhkəmə

Aynur Elgünəşin vəsatəti təmin edilmədi

7 mart, 2025
843

Aynur Elgünəş/sosial media

Martın 7-də Xətai Rayon Məhkəməsində keçirilən prosesdə Meydan TV-nin həbsdə olan əməkdaşı Aynur Elgünəşin (Qənbərova) ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Müdafiə tərəfi jurnalistin həbsdə saxlanılması üçün heç bir hüquqi əsasın olmadığını deyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Ötən il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. 

Bu il  fevralın 5-də “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) də saxlanılıb. Onun barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fevralın 20-də isə jurnalist Nurlan Libre (Qəhrəmanlı) “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Xətai Rayon Məhkəməsi martın 1-də istintaq dövrü üçün jurnalistin 1 ay 9 gün müddətinə həbs olunması qərarını çıxarıb.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib

9 noyabr 2026

Foto: Toplum TV

Bakıda “Qış parkı”nın salınması zamanı sökülən evlərlə bağlı daha bir qrup vətəndaşın şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) kompensasiya məbləğini müəyyənləşdirib. “Azadlıq Radiosu” yazır ki, noyabrın 3-də açıqlanan qərara əsasən, Azərbaycan hökuməti mülkiyyət hüquqları pozulmuş 13 ərizəçiyə ümumilikdə 751 min 250 avro təzminat ödəməlidir. Kompensasiya alacaq şəxslər arasında Ağ Partiya sədri Tural Abbaslının anası Başxanım Abbasova da var. Məhkəmənin qərarına əsasən, ona dəymiş maddi ziyana görə 104 min 500 avro, mənəvi ziyana görə isə 3 min avro ödənilməlidir. AİHM bu iş üzrə ilk qərarını 2025-ci ilin fevralında çıxarıb. Həmin qərarda 13 ərizəçinin mülkiyyət hüququnun pozulduğu müəyyən edilib. Məhkəmə qeyd...
Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...

Seçilmiş Videolar

Toplum TV loqo