Sosial

Cahangir Hacıyevin həyat yoldaşının müsadirə edilmiş mülkləri satışa çıxarılıb

7 Mart, 2025
251

açıq mənbədən götürülüb

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə edilmiş əmlakları satışa çıxarılıb.

BBC xəbər verir ki, söhbət Berkşirdəki qolf klubu və Naytsbricdəki evdən gedir.

Onlar ümumilikdə 19.5 milyon funt-sterlinq məbləğində satışa çıxarılıb. Satışa çıxarılan evə 14.75 milyon funt-sterlinq həcmində məbləğ qoyulub.

1990-cı illərin əvvəlində inşa edilmiş qolf klubu isə 4.25 milyon funt-sterlinqə satışa çıxarılıb.

Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) nümayəndəsi keçən il bildirib ki, qolf klubu və ev satıldıqdan sonra gəlirin 70 faizi hökumətdə qalacaq, 30 faizi Z.Hacıyevaya qaytarılacaq.

C.Hacıyev 2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri olub.

O, 2015-ci ilin dekabrında Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib, daha sonra 2016-cı ildə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda dələduzluq ittihamı ilə məhkum edilib.

2019-cu ildə Cahangir Hacıyev əsasən, ABB-nin Moskvadakı törəmə müəssisəsində mənimsəmə şübhəsi ilə bağlı əlavə ittihamlarla üzləşib. Azərbaycan məhkəməsi onu növbəti dəfə təqsirli bilib, cəzasının ümumi müddətini il yarım artırıb. Məhkəmə qərara alıb ki, Hacıyev ABB-nin sədri olduğu müddətdə Azərbaycandan kənarda qeydiyyatdan keçmiş şirkətlərlə sadə veksellərin alqı-satqısı yolu ilə bankdan pul çıxarıb.

Nəticədə, “əsasən xarici yurisdiksiyalarda yerləşən, çox vaxt çirkli pulların yuyulmasına qarşı nəzarəti zəif olan 69 şirkətlə 922 müqavilə bağlanıb. Həmin şirkətlərin maliyyə sabitliyi və ödəmə qabiliyyəti, fəaliyyət dairəsi, kredit tarixçəsi və s. baxımından düzgün qiymətləndirilmədən əməliyyatların bağlandığı bildirilir”, – deyə məhkəmənin qərarında bildirilir.

Hacıyev ona qarşı irəli sürülən ittihamları rədd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Azərbaycanda uşaqların sayı azalır 

10 İyun 2025

Foto: açıq mənbə

Azərbaycanda uşaqların sayının azaldığı bildirilir.  Bu barədə məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) Dövlət Statistika Komitəsinə istinadən hazırladığı infoqrafikada öz əksini tapıb.  İnfoqrafikaya əsasən, 1990-cı ildə Azərbaycanda 17 yaşa qədər uşaqlar ölkə əhalisinin 38,5 %-ni təşkil edirdisə, 2023-cü ildə bu göstərici təxminən 26 %-ə düşüb.  1990-cı ildə bu yaş qrupu üzrə əhalinin sayı 2 milyon 780 mindən çox olduğu halda, 2023-cü ildə 5,3 % azalaraq 2 milyon 633 min nəfərə düşüb.  Azalmanın daha çox qız uşaqları hesabına baş verdiyi müşahidə olunur. Oğlan uşaqlarının sayı ötən dövrdə 1,8%, qız uşaqları isə 9% azalıb. İqtisadçı Samir Əliyev bunun səbəbini ümumi nəsilvermə (fertillik) əmsalının...
Sosial

Naxçıvanda 9-u uşaq olmaqla 17 nəfər dönərdən zəhərlənib 

9 İyun 2025

Foto: Azərtac

Naxçıvan şəhərində Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” restoranında 17 nəfər qidadan zəhərlənib.  Bu barədə iyunun 9-da APA Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verib.  Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə deyib ki, 9-u azyaşlı olan 17 nəfər artıq evə buraxılıb.  “Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub”, - o qeyd edib.  Qida...

Seçilmiş Videolar

Toplum TV loqo