GİPA
Gürcüstanda fəaliyyət göstərən Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) jurnalistika üzrə magistr proqramı rəsmi olaraq dayandırılıb.
Bu barədə hazırda universitetdə təhsil alan tələbələr “Facebook“da məlumat yayıb.
Belə ki, proqram artıq təqaüdlə tələbə qəbulu həyata keçirməyəcək.
Hazırkı tələbələr öz hesablarına təhsil almalı olacaqlar.
“Təqaüd keçən aydan dayandırılmışdı, lakin ABŞ-da dəyərləndirmə prosesi gedirdi. Dəyərləndirmənin nəticəsi isə neqativ oldu”, - GİPA-nın azərbaycanlı tələbəsi Cavid Əhmədov bildirib.
GİPA-da dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılırdı.
Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilirdi.
Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsi idi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: Azərtac
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"