Sosial

Tənqid edən müəllimlərin aqibəti: ya işdən çıxarılır, ya da döyülür

18 Sentyabr, 2024
156

modern.az

İmişlinin Aranlı kəndindəki Yusif  Sadatxanov adına 1 saylı tam orta məktəbin müəllimi Leyla Nəcəfquliyeva təhsil müəssisəsindəki problemləri ictimailəşdirdikdən sonra işdən çıxarılıb. O, yeni istifadəyə verilən məktəbin problemləri ilə bağlı video paylaşmışdı, eyni zamanda etiraz olaraq uşaqlara açıq havada dərs keçmişdi.  Leyla Nəcəfquliyeva məktəbdən çıxarılması ilə bağlı ictimaiyyətə video müraciət edib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən APA-ya məsələnin araşdırıldığı bildirilib: 
“...Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb”.
Agentlik hesab edir ki, bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqları, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları” kobud şəkildə pozulub. Açqılamada bu səbəblərə görə Leyla Nəcəfquliyeva ilə bağlAnmış əmək müqaviləsinə xitam verildiyi qeyd olunur. 
Azadlıq Radiosuna açıqlamasında Naxçıvan Muxtar Respublikasındakı bəzi qurumları tənqid edən Naxçıvan şəhər 1 nömrəli məktəbin müəllimi Səriyyə Qəmbərova bu gün – sentyabrın 18-də təhsil müəssisəsində iş yoldaşları tərəfindən zorakılığa məruz qaldığını bildirib. 
O, bir gün öncə Azadlıq Radiosuna müsahibəsində demişdi: “İlham Əliyevin təyin etdiyi insanlar camaatın qanını içir... Bu boyda Naxçıvanda dolanışığı olan təkcə müəllimlərdi, hamısını qaldırırlar hakimiyyətin üstünə”.
Naxçıvan Muxtar respublikası Təhsil Nazirliyindən deyilib ki, müəllimə hücumla bağlı onlara yox, hüquq-mühafizə orqanlarına müraciət daxil olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Yevlax sakini: “Adamlar işsiz kimi qeydiyyata alındıqları növbələrdə qocalır” 

2 Dekabr 2024

Dma.gov.az

Özünəməşğulluq proqramına bir evdən bir nəfər qoşula bilər? Sərvər Mahmudov Yevlaxın Malbinəsi kənd sakinidir. Onun dediyinə görə, həyat yoldaşı Nərgiz Mahmudova 2020-ci ildə Yevlaxın Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınıb. İki il gözləyəndən sonra Nərgiz Mahmudova təkrar Mərkəzə müraciət edəndə ona sənədlərinin itdiyi bildirilib və işsiz kimi təkrar qeydiyyata alınıb. Bu dəfə Mahmudovaya Özünəməşğulluq Proqramına qoşulmaq təklif edilib, o da razılaşıb. Üstündən daha iki il keçib və nəhayət, bu ilin sentyabrında onunla əlaqə saxlayıblar. Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri xırdabuynuzlu heyvanlarla təmin etmək üçün yaşadığı ünvana şəraiti yoxlamağa da gəliblər. Elə həmin vaxt xanımı kurslara dəvət ediblər....
Sosial

Alimentin miqdarı artırılır

22 Noyabr 2024

açıq mənbədən götürülüb

Gələn ildən alimentin minimum məbləği 246 manat olacaq. Bu barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir. Bu il üçün alimentin minimum məbləği 235 manatdır.    

Seçilmiş Videolar

Toplum TV loqo