Sosial

Tibbi sığortada rəqəmlərlə manipulyasiya: rəsmi müqayisələr niyə reallığı əks etdirmir?

6 Noyabr, 2025
348

Foto: "president.az"

Milli Məclisdə gələn ildən etibarən qeyri-formal məşğul hesab edilən vətəndaşların tibbi sığorta xərclərini özlərinin ödəməsi ilə bağlı məsələ müzakirə edilib.

Maliyyə naziri Sahil Babayev bildirib ki, o şəxslər ki, gəliri olub amma onu gizlədən şəxslər qeyri-formal məşğul sayılırlar. Nazir əlavə edib ki, belə şəxslər qeydiyyatdan yayınmaqla qanunu pozurlar və bu səbəbdən də sığorta haqqlarını özləri ödəməlidirlər.

Müstəqil ekspertlərin fikrincə, problem ondadır ki, heç bir səlahiyyətli şəxs Azərbaycanda qeyri-rəsmi məşğul əhalinin real sayının nə qədər olduğunu demək istəmir. Bu kateqoriyaya aid insanların sayı 1,5 milyon, yoxsa 3 milyon nəfərdir - bu, hələ məlum deyil.

Məlum olan odur ki, əmək qabiliyyətli yaşda olan işləmək qabiliyyəti insanların sayı 6 milyona yaxındır. 

Onlardan isə yalnız 2,2-2,3 milyon nəfəri ya muzdlu işçi, ya da fərdi sahibkar və ya müstəqil peşə sahibləri (məsələn, sırbıst mühasiblər, auditorlar, vəkillər və s.) kimi rəsmi qeydiyyatdadır və tibbi, həmçinin sosial sığorta ödəyir.

Bəs yerdə qalan təxminən 3,5milyon əmək əmək qabiliyyətli insanın taleyi necə olacaq? 

Yeni dəyişikliklər onların pensiya hüququ olmadığı kimi tibbi sığortanın da ciblərindən ödəməli olduqlarını nəzərdə tutur. 

Halbuki bu kateqoriyanın içərisində real işsizlər də var – yəni iş tapa bilməyən, yaxud ixtisasına uyğun məşğulluq imkanı olmayan insanlar.

Hökumət isə siyasi səbəblərlə işsizliyin real miqyasını azaltmaq məqsədilə onları “qeyri-rəsmi məşğul” kimi təqdim edir. 

Pay torpağı olan, lakin ailə-kəndli təsərrüfatı kimi qeydiyyatdan keçməyən fermerlər də bu kateqoriyaya daxil edilir. Halbuki bu insanlar ərzaq istehsalının az qala 70-75 faizini təmin edir və ölkənin qida təhlükəsizliyinin təmin edilməsinin ağırlığını çiyinlərində daşıyırlar. 

Onların ümumi sayı təxminən 1 milyon nəfərdir.

Amma indi hökumət həmin insanları tibbi sığortasız qoyur. Hətta “Tibbi sığorta haqqında” qanunda fermerlər sığorta ödəyiciləri sırasına daxil edilməyib. Halbuki pensiya sığortasında torpaq payı olan şəxslər nəzərə alınır.

Halbuki pensiya sığortasında torpaq payı olanlar nəzərə alınıb.        

Paralamentin səhiyyə komitəsinin sədr müavini, ürək cərrahı Rəşad Mahmudov da maliyyə nazirinin mövqeyini gücləndirən çıxış edib. 

O bildirib ki, sağlamlıq sisteminin dayanıqlığının artırılması, dövlətin maliyyə yükünün azaldılması və vətəndaşların daha keyfiyyətli xidmət ala bilməsi üçün sığorta yığımlarının artması vacibdir.

Onun sözlərinə görə, hazırda Azərbaycanda tibbi sığorta 4 faizdir (“2+2” modeli). 

Halbuki bu göstərici Qazaxıstanda 6, Türkiyədə 17, Almaniyada isə 14,6 faizdir.

Amma problem ondadır ki, müqayisə aparılan ölkələrin göstəriciləri ilə faktiki rəqəmlər arasında manipulyasiya var.

Məsələn, Beynəlxalq Sosial Təminat Assosiasiyasının məlumatına görə, Qazaxıstanda tibbi sığorta 6 yox, 5 faizdir (2% işçi + 3% işəgötürən). 

Görünüşdə fərq böyük deyil, lakin gizlədilən fakt başqadır:  Qazaxıstanda sosial sığorta dərəcəsi 15 faizdir (10% işçi + 5% işəgötürən). 

Beləliklə, işçi və işəgötürənin ümumi sığorta yükü 20 faizə çatır. Üstəlik, işsizlik sığortası da bu sistemin tərkib hissəsidir.

Azərbaycanda isə sosial, tibbi və işsizlik sığortasının ümumi yükü 30 faiz təşkil edir (sosial sığorta 25%+tibbi sığorta 4%+ işsizlik sığortası 1%).

Eyni yanaşma Türkiyəyə də aiddir. Bu ölkədə tibbi sığorta dərəcəsi R. Mahmudovun dediyi kimi 17 yox, 12,5 faizdir (5% işçi + 7,5% işəgötürən). Üstəlik, sosial sığorta yükü Azərbaycandan xeyli aşağı - 20 faizdir.

Nəhayət, Almaniyaya gəldikdə, Beynəlxalq Sosial Təminat Asossiasiyasının məlumatına görə, tibbi sığorta yükü doğrudan yüksəkdir (18%-ə yaxın). Amma orda pensiya sığortası Azərbaycandakından xeyli yüngüldür və 18 faiz civarındadır.

Ümumiyyətlə, Almaniya kimi ölkələrlə müqayisə aparanda iki mühüm faktı da unutmaq olmaz: 

- Almaniya kimi ölkələrdə tibb sistemi o qədər yüksək səviyyədə inkişaf edib ki, insanlar ödədiklərinin müqabilində keyfiyyətli xidmət alacaqlarına əmindirlər. Azərbaycanda isə tibbi sığortanı ödəyənlərin Türkiyə, İran, hətta Gürcüstandakı xidmət səviyyəsini alacaqlarına heç bir zəmanət yoxdur;

- Ödənilən vəsaitlərin hesabatlılığı yoxdur. Məsələn, Tibbi Sığorta Fondu yığdığı pulları hara xərcləyir, bölgələr üzrə toplanan vəsaitin həcmi və istiqamətləri barədə ictimai məlumat yoxdur. Bütün suallar “qara qutu”da saxlanılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Hacı Vəliyev: "Azərbaycan hökuməti qan pulumu mənimsəməkdə israrlıdır"

15 İyul 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev əlillik təyinatının bərpa olunmamasından şikayət edir.  Onun bu barədə müraciəti iyulun 14-də sosial media hesabında dərc olunub.  "Mənə qarşı edilən işgəncələr, qeyri-insani rəftar, hüquq pozuntuları, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə almaq hüququmdan məhrum edilməyim və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbilə özümü faktiki olaraq əsirlikdə hiss edirəm", - o qeyd edib.  H.Vəliyev xatırladıb ki, müharibədə bir gözünü itirməsi, digərinin isə ağır yaralanmasına baxmayaraq 2021-ci ildə ona yalnız müvəqqəti - 5 il müddətinə 2-ci qrup əlillik təyin olunub. Həmin müddət bu il tamam...
Sosial

Nazir dərsliklərdə məzmundan şikayət edir, bəs nə qədər haqlıdır?

15 İyul 2026

edu.gov.az

“Dərslik çap ediləndən sonra kimsə çay içəndə orada hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi qələmə verirsə, mən bunu əhəmiyyətli hesab etmirəm”. Elm və təhsil naziri Emin Əmrullayev bu sözləri ötən ay yerli mətbuata müsahibəsində deyib. Buna baxmayaraq, o, məktəb dərsliklərində ciddi məzmun problemlərinin olduğunu da etiraf edib.  “Dərslikdə hansısa mövzu, ümumiyyətlə, yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik?”, - o sual edib.  Fizika, təbiət, həyat bilgisi kimi dərsliklərin hazırlanmasında iştirak etmiş təhsil eksperti Yalçın İslamzadə “Toplum TV”-yə...

Seçilmiş Videolar

Toplum TV loqo