Dünya

Almaniyada 100 yaşlı konslager mühafizəçisi mühakimə ediləcək

3 Avqust, 2021
4409

Vikipedia

Almaniyada İkinci Dünya müharibəsi zamanı Berlin yaxınlığındakı həbs düşərgəsində SS mühafizəçisi işləmiş şəxs 3518 qətldə iştirak ittihamı ilə mühakimə ediləcək.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Güman olunur ki, ittiham olunan şəxs 1942-1945-ci illərdə "Zaksenhauzen" konslagerində nasist partiyasının hərbi qanadının sıravi üzvü kimi mühafizəçi işləyib. 

Noyruppin şəhər məhkəməsinin nümayəndəsi prosesin oktyabrda başlayacağını bildirib. Keçmiş mühafizəçinin adı açıqlanmır, çünki bu, şəxsi həyatın toxunulmazlığı haqqında alman qanunvericiliyinə ziddir. 

Ahıl yaşına bamayaraq, şübhəli şəxs məhkəmə qarşısında durmaq üçün sağlam sayılıb. Amma iclas saatlarını qısaltmaq lazım gələcək. 

"Zaksenhauzen" həbs düşərgəsi 1936-cı ildə yaradılıb. 1945-ci ilə qədər buradan 200 mindən çox adam keçib. Həlak olanların dəqiq sayı məlum deyil, ən azı 40-50 min olduğu təxmin edilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

İsrail Qəzza barədə filmin rejissorlarını vətəndaşlıqdan məhrum etməklə hədələyib

14 Sentyabr 2026

Luca Faz

İsrailin mədəniyyət naziri Miki Zohar Qəzza zolağındakı müharibədən bəhs edən “NAZA” sənədli filminin rejissorları Yuval Abraham və Rahel Şoru vətəndaşlıqdan məhrum etdirmək niyyətində olduğunu bildirib. “The Guardian”ın məlumatına görə, Zohar filmi “dövlətə xəyanət” adlandırıb, müəlliflərini isə “dünyadakı antisemitlərin alqışları naminə vətənlərinə zərər vurmağa hazır olmaqda” ittiham edib. İsrail qanunvericiliyinə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün daxili işlər nazirinin müraciəti, ədliyyə nazirinin razılığı və məhkəmə qərarı tələb olunur. Nadir hallarda tətbiq edilən bu tədbirlə bağlı Mədəniyyət Nazirliyi təkbaşına qərar verə bilməz. “NAZA” fələstinli silahlı qrupların 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra ordunun Qəzzadakı əməliyyatlardan bəhs edir. Ekran əsərində zərbələr zamanı mümkün...
Dünya

Türkiyə polisi LGBTQ+ fəallarını kütləvi şəkildə saxlayıb

14 Sentyabr 2026

sosial media

Sentyabrın 12-13-də Türkiyədə LGBTQ+ fəallarına qarşı kütləvi polis əməliyyatları keçirilib. İstanbul, Ankara, İzmir və Antalyada fəalların evlərində, LGBTQ+ təşkilatlarının ofislərində, eləcə də gecə klublarında axtarışlar aparılıb. Polisin məlumatına görə, İstanbulda 26, Ankarada isə 20 nəfər saxlanılıb. Ümumilikdə əməliyyatların ölkənin 12 vilayətini əhatə etdiyi bildirilir. LGBTQ+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyası əməkdaşları da daxil olmaqla 50 nəfərin saxlanıldığını açıqlayıb. Assosiasiyanın məlumatına görə, ofisində və əməkdaşlarının evlərində aparılan axtarışlara təşkilatın saytında və sosial media hesablarında dərc olunan materiallar əsas gətirilib. Prokurorluq həmin materialları “əxlaqa zidd” hesab edib. Sentyabrın 12-də LGBTQ+ təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayta və sosial media...

Seçilmiş Videolar

Toplum TV loqo