Dünya

Avropada rekord istilər: İspaniyada 200-dən çox insan ölüb

26 iyun, 2026
117

unsplash.com

Avropada rekord istilər insan itkilərinə səbəb olur. İspaniyada son 4 gündə həddindən artıq isti hava ilə əlaqələndirilən azı 212 nəfər ölüb. Ötən yay isə ölkədə istilər səbəbindən 3 032 nəfər həyatını itirib.

Almaniyada gecə temperaturu 26,2 dərəcədən aşağı düşməyib. Bu, son 145 ildə cəmi ikinci belə haldır.

Fransada da rekord istilər davam edir. Parisdə temperatur 40,3 dərəcəyə çatıb. Ölkənin 72 bölgəsində ən yüksək hava xəbərdarlığı elan olunub, 3 500 məktəb bağlanıb.

İtaliyada isti hava ilə bağlı böhran iclası keçiriləcək. Yerli KİV-in məlumatına görə, ölkədə bu həftə istilər səbəbindən azı 5 nəfər ölüb.

İqlim tədqiqatçıları isə rekord istilərin davam edəcəyini proqnozlaşdırırlar. 

“Qrats” Universitetinin alimlərinin hesablamalarına görə, qlobal temperatur artımı 2026-cı ildə sənaye öncəsi dövrlə müqayisədə 1,62 dərəcəyə, 2027-ci ildə isə 1,71 dərəcəyə çata bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Almaniya ordusu kiberhücuma görə dronların istifadəsini dayandırıb

13 noyabr 2026

sosial media

Almaniya ordusu “Quantum Systems” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatlarının istifadəsini şirkətə qarşı kiberhücum aşkarlandıqdan sonra ehtiyat tədbiri kimi müvəqqəti dayandırıb. “Financial Times”ın məlumatına görə, naməlum şəxslər şirkətin dronların yerdən idarə edilməsi və uçuş missiyalarının planlaşdırılması üçün istifadə olunan QBase proqramının yenilənmə sistemi vasitəsilə zərərli yeniləmə faylı yayıblar. Hadisənin oktyabrın sonunda aşkarlandığı bildirilir.  “Quantum Systems” noyabrın 12-də sistemlərinə qarşı “düşmən aktorlar” tərəfindən kiberhücum edildiyini təsdiqləyib. Şirkətin açıqlamasına görə, təhlükə kibertəhlükəsizlik komandaları və dövlət qurumları ilə əməkdaşlıq nəticəsində nəzarətə götürülüb, operatorlar və son istifadəçilər üçün risk yoxdur. “Der Spiegel”in məlumatına əsasən, araşdırmaya Almaniyanın Hərbi Əks-kəşfiyyat Xidməti (MAD), Konstitusiyanın Mühafizəsi üzrə Federal...
Dünya

“Nvidia”nın rəhbəri Çinlə əlaqəli casusluq iddiaları fonunda istefa verib

13 noyabr 2026

sosial media

Süni intellekt texnologiyaları sahəsində aparıcı korporasiyalardan olan “Nvidia”nın rəhbəri Censen Huanq vəzifəsindən istefa verib. Şirkət bu barədə noyabrın 12-də məlumat yayıb. Açıqlamada bildirilib ki, Huanq prezident, baş direktor və Direktorlar Şurasının üzvü vəzifələrindən dərhal qüvvəyə minən qərarla ayrılıb. İstefanın səbəbi açıqlanmayıb. “Nvidia”nın icraçı vitse-prezidenti və maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor təyin olunub. Şura şirkətə daimi rəhbər seçmək üçün daxili və xarici namizədlərin iştirak edəcəyi axtarışa başladığını bildirib. “The New York Times” daha əvvəl Huanqın çinli sahibkar Alice Huanqla yaxın münasibətdə olduğunu yazmışdı. Nəşrin məlumatına görə, ABŞ kəşfiyyatı Alise Huanqın Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqəli ola biləcəyindən şübhələnib....

Seçilmiş Videolar

Toplum TV loqo