Dünya

Almaniya Polşanın tələbini rədd etdi: II Dünya Müharibəsinə görə təzminat ödəməyəcək

5 Oktyabr, 2022
1995

Rəsmi səhifə

Almaniya hökuməti İkinci Dünya Müharibəsinə görə Polşaya təzminat ödənilməsi məsələsini qapanmış hesab edir. 

"Reuters" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok polşalı həmkarı Zbiqnev Rau ilə danışıqlardan sonra bildirib.

Nazirlərin birgə mətbuat konfransında Annalena Berbok qeyd edib ki, Almaniyanın İkinci Dünya Müharibəsi zamanı çəkdiyi ağrı “nəsildən-nəslə ötürülür”.

Öz növbəsində Rau isə Almaniyanın mövqeyinin dəyişəcəyinə ümid etdiyini bildirib.

Xatırlatma

1953-cü ildə Polşa hakimiyyəti o vaxt Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikasına bölünmüş Almaniyadan müharibə təzminatı almaqdan imtina edib. 2022-ci il sentyabrın 1-də Almaniyanın Polşaya təcavüzünün 83-cü ildönümündə hakim Polşa Hüquq və Ədalət Partiyası ölkənin İkinci Dünya Müharibəsindəki itkiləri ilə bağlı hesabat təqdim edib. O, son dörd il ərzində hazırlanıb. Partiyanın rəhbəri Yaroslav Kaçinski Almaniyanın Polşaya vurduğu ziyanın 6,2 trilyon zloti (1,3 trilyon dollar) təşkil etdiyini bildirib. Oktyabrın 3-də Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Almaniyaya nota göndərərək, bu məbləği təzminat şəklində tələb edib.

Sentyabrda Polşa prezidenti Anjey Duda bildirmişdi ki, ölkə İkinci Dünya Müharibəsi üçün təzminat tələb etməlidir, təkcə Almaniyadan deyil, həmçinin Rusiyadan. Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə siyasətçinin "faşizm reabilitasiyası"na ehtiyacının olduğunu bildirmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo