Dünya

"Lufthansa" artan yanacaq qiymətlərinə görə 20 min uçuşu ləğv edib 

22 Aprel, 2026
120

AFP File Photo

Almaniyanın "Lufthansa" aviaşirkəti ABŞ-İsrail-İran münaqişəsi fonunda yanacaq qiymətlərinin artmasına görə 20 min uçuşu ləğv edib. 

Şirkət yaydığı açıqlamada bununla 40 min ton yanacağa qənaət edəcəyini bildirib. 

Ləğv edilən uçuşların qısaməsafəli uçuşlar olduğu, oktyabra qədərki müddəti əhatə etdiyi deyilir.

Fevralın 28-də ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirməyə başlayıb. İran isə cavab tədbiri kimi dünya neft və qaz tədarükünün 20 %-dən çoxunun həyata keçdiyi Hörmüz boğazını bağlayıb. 

Nəticədə dünya bazarlarında xam neftin və neft məhsullarının qiyməti artıb. Təyyarə yanacağının qiyməti münaqişə başlayandan bəri iki dəfə artıb. 

Daha əvvəl də "KLM-France" və "Delta" aviaşirkətləri bəzi uçuşları ləğv edib, xeyli şirkət isə bilet qiymətlərini artırıb. 

Aprelin 7-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında müvəqqəti atəşkəs elan olunub. Atəşkəs çərçivəsində İranın Hörmüz boğazını açması nəzərdə tutulsa da, İran əvvəlcə İsrailin Livana hücumlarını, daha sonra ABŞ-nin Hörmüzü blokadasını əsas gətirərək boğazı açmaqdan imtina edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo